Mobil versiya
Polimer Materialları İnstitutunun gənc aliminin məqaləsi “Пластические массы” jurnalında dərc olunub
Tarix: 19-05-2023 | Saat: 14:30
Bölmə:Özəl / Təhsil | çapa göndər

Polimer Materialları İnstitutunun gənc aliminin məqaləsi “Пластические массы”  jurnalında dərc olunub

AİA.Az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Fiziki-kimyəvi analiz şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Səidə Məmmədlinin “Сополимеризация бутилметакрилата с циклопропилстиролом и его хлорпроизводными” adlı məqaləsi “Пластические массы” jurnalında (2023, №1-2, cтр-27-30) dərc olunub. https://www.plastics-news.ru/jour/article/view/832/719
Məqalədə müəllif tərəfindən butilmetakrilatın p-tsiklopropilstirol və onun monoxlor- və hemdixlor əvəz edilmiş törəmələri ilə radikal birgəpolimerləşmə reaksiyalarının qanunauyğunluqları, həmçinin sintez edilmiş birgəpolimerlərin fiziki-mexaniki, teplofiziki və optiki xassələri öyrənilib. Alınan birgəpolimerlərin yüksək optiki şəffaflığa malik olduğu müəyyən edilib.
Birgəpolimerlər üçün 400–1100 nm diapazonunda işıq buraxma 88÷90%, şüasındırma əmsalı təşkil edir. Müəyyən edilib ki, əldə edilən birgəpolimerlər polistiroldan daha yüksək istiliyə davamlılıq nümayiş etdirirlər. Butilmetakrilat və xlortsiklopropilstirol əsaslı birgəpolimerlər yanmamazlıq xüsusiyyətinə malikdirlər. Bu keyfiyyətlər onları optika, optotexnika, tibb və s. sahələrdə istifadə olunan müxtəlif məmulatların optik hissələrinin istehsalında istifadə etməyə imkan verir.
Qeyd edək ki, jurnal RSCI bazasına daxildir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024