Mobil versiya
Ulu öndər Heydər Əliyev və İslam Həmrəyliyi
Tarix: 16-05-2023 | Saat: 09:59
Bölmə:Özəl | çapa göndər

Ulu öndər Heydər Əliyev və İslam Həmrəyliyi

Müstəqillik qazandıqdan sonra Azərbaycan hakimiyyəti İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirmişdir. Xüsusən ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlanmış, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir.
Heydər Əliyevin İslam dininə münasibəti, onun Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra prezidentlik səlahiyyətlərini yerinə yetirmək üçün 1993-cü il 10 oktyabr tarixində andiçmə mərasimindəki nitqində açıq şəkildə ifadə olunmuşdur. Bu nitqində Heydər Əliyev Azərbaycan xalqının mədəniyyətinin inkişafında, tarixində, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində İslam dininin rolundan bəhs edərək demişdir: “Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir”.
Ulu öndər İslam dininin sülh dini, əmin-amanlıq dini, birgəyaşayış dini olduğunu öz çıxışlarında həmişə vurğulamış, dövlətlərarası münaqişə və müharibələrin əsasən siyasi-etnik xarakter daşıdığını qeyd etmişdir. Ulu öndər həmişə İslam mədəniyyətinin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirmiş və İslamın ümumbəşəri əhəmiyyətini xüsusi olaraq dəfələrlə vurğulamışdır.
İslam ölkələrinə xoş münasibət, İslam təəssübkeşliyi, İslam həmrəyliyi ideyası Heydər Əliyevdə hələ sovet dönəmində formalaşmışdı. Heydər Əliyevin müsəlman ölkələrinə xoş münasibəti, İslam təəssübkeşliyi onun SSRİ-də yüksək vəzifədə çalışdığı zaman yaranmışdı. Heydər Əliyev Sovet İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi, ölkənin beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak etmiş və dəfələrlə Afrika və Asiyanın müxtəlif İslam ölkələrinə səfərlərə getmişdi. Heydər Əliyev SSRİ-nin Yaxın və Orta Şərq ölkələrinin rəhbərləri ilə apardığı danışıqlarda və siyasi məsləhətləşmələrdə yaxından iştirak etmiş, çox vaxt bu ölkələrə səfər edən nümayəndə heyətlərinin rəhbəri olmuşdu. Əslində, Sovet İttifaqının İslam dünyasında apardığı siyasəti Heydər Əliyev formalaşdırırdı. Onun 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olmuşdur.
Ümummilli lider həm Sovet dönəmində, həm də müstəqillik dövründə “həmişə dünya müsəlmanlarının maraqlarını nəzərə almış” İslam həmrəyliyi ilə bağlı “siyasəti yaxşı mənada İslam təəssübkeşliyi üzərində qurmuşdur”.
Bu gün Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində (1993) irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2024