Gəncədə Avropa keyfiyyətli traktorlar yığılacaq
Tarix: 15-05-2023 | Saat: 19:11
Bölmə:Özəl | çapa göndər
20 ilə yaxındır ki, ölkəni avtomobil və kənd təsərrüfatı texnikaları ilə təmin edən “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi bu gün həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın “SDF Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Müqaviləni “Gəncə avtomovil zavodu” İB-nin direktoru Bağban Nəbiyev və İtaliyanın “SDF Group”unun beynəlxalq regional direktoru Umberto Miceli imzalayıblar.
AİA.Az xəbər verir ki, yeni model traktorların təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Gəncə avtomobil zavodu” İB Müşahidə şurasının sədri Xanlar Fətiyev, İtaliyanın “SDF Group” şirkətinin beynəlxalq regional direktoru Umberto Miceli və digər qonaqlar iştirak ediblər.
Keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alınaraq, “Gəncə avtomobil zavodu” İB ilkin mərhələdə il ərzində 300-ə yaxın traktorun yığılmasını planlaşdırır. İlkin olaraq “DEUTZ-FAHR 4100 W”, “6205 G” və “115 G AGROFARM” Alman traktor modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib. Müqavilənin şərtlərinə əsasən əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə denişləndirmək nəzərdə tutulur.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan “Gəncə avtomobil zavodu” İB-də 2007-ci ildən etibarən 15 minə yaxın müxtəlif modeldə və modifikasiyada traktor və digər kənd təsərrüfatı texnikaları yığalaraq təhvil verilib. Müəssisədə həmçinin bu müddət ərzində 5000-dən yuxarı müxtəlif markalı və modeldə yük avtomobili yığılıb.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2024
01-11-2024