Mobil versiya
Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir
Tarix: 15-05-2023 | Saat: 17:10
Bölmə:Özəl | çapa göndər

Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir

Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “...həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Şuşa şəhərindən xalqına müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq.”
Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışan dövlət başçısı diqqətə çatdırdı ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. O, Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarıb. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşıb. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yarandı və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və bu gün də belədir. Heydər Əliyev 1993-cü ildə ölkəyə rəhbərlik etməyə başlayanda dövlətin inkişaf dinamikasını təmin etməli, cəmiyyətin həyatının nəbzini yüksəltməli, sosial anemiya və gərginliyi, identiklik böhranını aradan qaldırmalı olan, ümumi rifaha və maraqlara xidmət edə biləcək səmərəli ideologiyaya ehtiyac olduğunu hiss edirdi. O deyirdi: “Biz azərbaycançılığı – Azərbaycan dilini, onun mədəniyyətini, milli-mənəvi dəyərləri, adət və ənənələri inkişaf etdirməliyik”. Azərbaycançılıq konsepsiyasına həm müstəqillik, dövlətçilik, demokratiya, ədalət və milli tərəqqi kimi ümumbəşəri dəyərlər, həm də dünyəvilik daxil idi. Daxili siyasət sahəsində ölkədə əldə edilmiş konsensusa əsaslanan neokonservatizmin əsas ideyalarının özünəməxsus amalqaması, xarici siyasət sahəsində isə müstəqillik və ərazi bütövlüyü konsepsiyası ideya-məqsəd kompleksi kimi çıxış edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun yaratdığı və müdafiə etdiyi azərbaycançılıq ideologemi məlum liberal-demokratik dəyərlərin postulatlarına malik olan Azərbaycan milli ideyasının genişlənməsinə şərait yaratmışdır. 
 Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, nəyi deyiriksə, onu da edirik.Prezident İlham Əliyev qeyd etdi ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Bəli, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyevin ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunması, nümunəvi sosial-iqtisadi inkişaf modelinin yaradılmasıdır. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Xalqımız Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipallıqla davam etdirərək Azərbaycanı sabitlik və əmin-amanlıq adası kimi qoruyub saxlayır, Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini və siyasi nüfuzunu daim artırıır. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024