Mobil versiya
NEFTÇALANIN SUVARMA RƏİSİ PAMBIĞIN "FATİHƏ"SİNİ OXUYUB
Tarix: 20-07-2016 | Saat: 21:58
Bölmə:Manşet | çapa göndər

NEFTÇALANIN SUVARMA RƏİSİ PAMBIĞIN "FATİHƏ"SİNİ OXUYUB

Neftçala rayonunda pambıqçılığın inkişafı, bu sahə üzrə ötən əsrin 70-80-ci illərdəki nəticələrinin yenidən qazanılması üçün tədbirlər görülür. Bu il rayonda pambıq əkinini sahələri genişləndirilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Neftçala rayonunda uğurla icra olunur. Xüsusən pambıqcılıq ənənələrinin bərpası piroritet təşkil edir. Çünki rayonda pambıqçılığın inkişafı, yüksək nəticələrin əldə olunması üçün təcrübə və imkanlar var. Rayonun müxtəlif kəndlərində pambıq əkini üçün xeyli sahə ayrılıb,
şum aparılib, malalanıb, çiyid səpilib.
Ancaq pambıqçılığın məhsuldarlıq göstəricilərinin yuxarı olması üçün cavabdeh vəzifəli şəxslərdən sayılan Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov indidən nəticənin arzuolunan səviyyədə olmayacağı barədə pessimist fikirlər yaymağa başlayıb, necə deyərlər, nəhs gətirib.O, pambıq əkininin suvarılmasını səmərəli təşkil etmək məqsədilə ayrılan vəsaitin və maddi-texniki təminatın yetərli olmadığını dilə gətirib. Özünü işgüzar, guya dünya malında gözü olmayan, vəzifəni xalqa xidmət etmək fürsəti sayan biri kimi gözə soxmağa çalışan, əslində isə "saman altdan su yeridən" Elçin Əsədov Həmçinin rayonun icra başçısının da qarasına deyinərək, onun kənd təsərrüfatını səmərəli idarə etməyə yetəcək qədər təcrübəyə, səriştəyə malik olmadığına eyham vurub, Məhrəm məclislərdə başqa yerli məmurları da qınayan idarə rəisi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də "bostanına daş atmağı" unutmur.
Nə isə, bu mövzu yəqin ki, pambıq məhsulunun ərsəyə gəlməsindən sonra bütün ictimaiyyətin diqqətini çəkəcək. Elçin bəyin bədbin proqnozlarının nə dərəcədə özünü doğrultduğu da üzə
çıxacaq

Kənan Məmmədzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024