Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu Cənab Prezident yerinə yetirdi
Tarix: 13-05-2023 | Saat: 20:58
Bölmə:Özəl | çapa göndər
May ayının 10-da Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qarabağın tacı Şuşa şəhərində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyini bir daha diqqət mərkəzinə çəkmiş oldu. Cənab Prezident İlham Əliyev Şuşanın tarixi Zəfərimizin rəmzi olduğunu vurğuladı. Şuşanın azad edilməsindən bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Son bir neçə gündə bilavasitə Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin bünövrəsi qoyuldu. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır. Bu gün Qarabağ və Zəngəzur yenidən dirçəlir.
Azərbaycan xalqının unudulmaz rəhbəri, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.
Çünki tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız o, milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına zəmin formalaşdırdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Cənab Prezident İlham Əliyevin Şuşa şəhərində çıxışında diqqət mərkəzinə çəkdiyi mühüm məqamlardan biri də bu gün ölkəmizdə görülən bütün işlərin təməlində
milli-mənəvi dəyərlərimizə bağlılığın durması barədə səsləndirdiyi fikirləridir. Prezident İlham Əliyev bildirdi ki, bu gün dünyada müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Azərbaycan isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Buna görə də Azərbaycan gəncliyinin öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlılığı hər zaman dövlətin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində yetişmiş gənc nəsil İkinci Qarabağ müharibəsində böyük şücaət nümayiş etdirərək Vətən torpaqlarını düşməndən təmizlədi.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024