Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu
Tarix: 13-05-2023 | Saat: 13:06
Bölmə:Özəl | çapa göndər
Ölkə başçısı deyib ki, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı: “Naxçıvanın da ağır günləri davam edirdi, Naxçıvan tam blokadada idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər necə ki, Qarabağı ələ keçirməyi planlaşdırırdılarsa, eləcə də Naxçıvanı da ələ keçirməyi planlaşdırırdılar. Naxçıvanı işğal etmək onların planlarının tərkib hissəsi idi. Heydər Əliyev Naxçıvanı qorudu, işğaldan qorudu. Erməni düşmənlər yerinə otuzduruldu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşayırdı, əyilmədi, sınmadı, ayaqda qaldı. Məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”. Naxçıvanın erməni təcavüzündən qorunmasında Ulu Öndərin müstəsna xidmətləri oldu. Bəli, cənab Prezidentin dediyi kimi, 90-cı illərdə Naxçıvan böyük təhlükə ilə üz-üzə qalmışdı. Çünki ümumilikdə ölkədə vəziyyət olduqca gərgin idi. Xaos, anarxiya, siyasi hakimiyyətsizlik, həmçinin də iqtisadi tənəzzül vətəndaşların sosial vəziyyətinə kəskin təsir etmişdi. Ərzaq qıtlığı, çörək növbələri insanların yaşayış səviyyəsini göstərən amillər idi. Belə bir dövrdə, təbii ki, Naxçıvanda vəziyyət daha gərgin idi. Çünki hələ 1988-ci ildən başlayaraq ermənilərin sərhədlərimizdə yaratdıqları münaqişələr Naxçıvana da təsirsiz ötüşmürdü. Bakı-Naxçıvan qatarları tez-tez dayandırılır, maşinistlər döyülür, həyatları üçün təhlükə yaranırdı. Ermənilər Naxçıvana gedən elektrik enerjisini, təbii qazı dayandırır, Naxçıvan əhalisi günlərlə, həftə ilə qaranlıqda, soyuqda qalmalı olurdu. 1990-cı ildə isə artıq elektrik enerjisi, təbii qaz, qatarların hərəkəti tamamilə dayandırılmışdı. Bunun da nəticəsində Muxtar Respublikada bütün istehsal müəssisələri fəaliyyətini dayandırmışdı. Nəqliyyat iflic vəziyyətə düşmüş, Naxçıvan blokadaya salınmışdı. bu cür çətin və mürəkkəb dövrdə Ulu Öndər Naxçıvana qayıtmasaydı, Naxçıvan da işğal olunan ərazilərimizdən biri olacaqdı: “1990-cı ilin 20 Yanvar hadisələri zamanı ermənilərin məqsədi Naxçıvanı işğal etmək idi. Yəni onların havadarları ilə birlikdə planları diqqətləri 20 Yanvar hadisəsinə çəkib Naxçıvanı aradan götürmək idi. Lakin naxçıvanlılar buna imkan vermədilər. Ulu Öndərin həmin vaxt Naxçıvana qayıtması bu planların alt-üst olması ilə nəticələndi. Elektrik enerjisi, təbii qazla, ərzaq qıtlığı ilə imtahana çəkilən insanları Ümummilli Liderin nüfuzu, insanların ona olan inamı, sevgisi xilas etdi. Bütün naxçıvanlılar bu inamla Ulu Öndərin ətrafında birləşdilər. Naxçıvanı qorudular, Muxtar Respublikanın hər yaşdan olan insanları ayağa qalxıb Sədərəyi qorumağa, müdafiə etməyə yolandılar. Naxçıvanı Ulu Öndər qorudu, yaşatdı. Qısa zamanda o, İran və Türkiyə respublikaları ilə danışıqlara başladı. Həm elektrik enerjisi, həm də ərzaqla bağlı məsələlər qonşu dövlətlərlə imzalanan sazişlərlə həllini tapdı. Sonrakı dövrdə isə Araz çayı üzərində Su Elektrik Stansiyası quruldu ki, bu da İrandan alınan elektrik enerjisini yarıya endirdi. Səhər açılandan axşam saatlarınadək çörək növbələrində dayanan, bu qədər əziyyət çəkmələrinə baxmayaraq bəzən ailəsi üçün çörək ala bilməyib evinə əliboş qayıdan naxçıvanlıların ərzaq təminatı məsələsi yoluna qoyuldu. İran və Türkiyə ilə Naxçıvan arasında sərhəd-keçid məntəqələri yaradıldı. Türkiyə ilə Azərbaycan arasında Ümid körpüsü salındı. Bütün bunların hər biri isə Naxçıvanın xilası ilə yanaşı, həm də onun gələcək inkişafı üçün atılan addımlar idi. Ümummilli liderin Naxçıvana qayıdışı tək Naxçıvanı işğaldan, naxçıvanlıları aclıq təhlükəsindən xilas etmədi, eyni zamanda Naxçıvandan başlanan müstəqillik yolunun təməli oldu. Ulu Öndərin Naxçıvanda çıraq işığında qəbul etdiyi qərarlar ümumilikdə Azərbaycanın müstəqilliyinin qorunmasına, gələcək inkişafına təminat yaratdı. Beləliklə, 1990-1993-ci illər Naxçıvanın ümumi mənzərəsini belə təsvir etmək olar ki, bəli, Ulu Öndər Naxçıvana qayıtmasaydı, Naxçıvan da əldən gedəcəkdi. Naxçıvanlılar da aclıq-səfalət içərisində məhv olacaqdılar, ölkə isə əldə olunan müstəqilliyi 1918-ci ildəki müstəqillik kimi itirəcəkdi. Bütün bunlar üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq”.
İsmayılzadə Cavad Niyaməddin
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024