Mobil versiya
Ulu öndər Heydər Əliyevin neft strategiyasi bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq
Tarix: 13-05-2023 | Saat: 13:05
Bölmə:Özəl | çapa göndər

Ulu öndər Heydər Əliyevin neft strategiyasi bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq

1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir;
Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.

Ümumilli lider Heydər Əliyevin böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, "İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır."
Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də "Şahdəniz" yatağıdır. "Şahdəniz" dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. "Şahdəniz" qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir. Hal-hazırda Azərbaycan dünya bazarında neftin, qazın və neft məhsullarının ixracatçısı kimi tanınmaqla bərabər, qısa müddət ərzində yaratdığı ixrac neft və qaz kəmərləri sistemi sayəsində Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya çatdırılması üçün başlıca tranzit ölkəsi sayılır. Azərbaycan ən yüksək səviyyələrdə dəfələrlə bəyan etmişdir ki, Mərkəzi Asiya ölkələrində hasil olunan enerji daşıyıcılarının nəqli üçün malik olduğu infrastrukturu təqdim etməyə hazırdır.
1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Məhsulun Pay Bölgüsü" sazişi — "Əsrin müqaviləsi" imzalandı.
"Əsrin müqaviləsi"nin imzalanmasından keçən 20 ildən artıq müddət ərzində Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Bütün bunları nəzərə alıb "Yeni neft strategiyası"nın nailiyyətlərinin aşağıdakı istiqamətlərdə reallaşdığını göstərmək olar:
1. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;
2. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması;

“Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq.” Cənab Prezident İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bu sözləri söyləyib. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

Arzu İsalı Oruc
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İbtidai təhsil fakültəsi





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024