Mobil versiya
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Siyəzən kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib
Tarix: 12-05-2023 | Saat: 18:31
Bölmə:Özəl | çapa göndər

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Siyəzən kənd  sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib

Mayın 12-si Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Beşdam kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında, Siyəzən kənd sakinləri ilə keçirib

Vətəndaş qəbulunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Sakinlər qəbuldan razı qalıb, göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024