Mobil versiya
Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır
Tarix: 12-05-2023 | Saat: 14:06
Bölmə:Özəl | çapa göndər

Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır

Xalqımız hər zaman müstəqillik , azadlıq uğrunda illərcə mübarizə aparmışdır.90-cı illərdə hakimiyyətdə baş vermiş özbaşınalıqdan istifadə edən düşmən tərəfi illərdir irəli sürdükləri ərazi iddialarını həyata keçirməyə başladılar.Yüzlərlə insanı vəhşicəsinə qətlə yetirərək 20% torpaqlarımız işğal etdilər.Minlərce insan öz doğma torpaqlarından yurd-yuvalarından didərgin düşdü.Ulu Öndər Heydər Əliyev hakimiyyət gəlməsi ilə atəşkəs elan etdi və hakimiyyətdə baş verən özbaşınalıqlar son qoydu.
Azərbaycan dövlətinin Ermənistan tərəfi ilə atəşkəs elan etməsi və ölkənin çiçəklənməsi Ümümi Lider Heydər Əliyevin səyləri nəticəsində baş vermişdir.Ölkə ister iqtisadi-siyasi, istərsə də sosial cəhətdən demek olarki böhran vəziyyətində idi.
Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu.Bir çox sahələrdə islahatlar aparan Ulu öndər ordu quruculuğunda da yeni cığır açdı.Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün mühüm addım atıldı.Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi üçün xüsusi tədbirlər görüldü.Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir.Ulu Öndərin ən böyük arzusu isə İşğal altında olan torpaqlarımızın azad edilməsi idi.Mədəniyyətimizin , incəsənətimizin beşiyi olan Şuşanı hər zaman azad görmək istəyirdi Ulu Öndər.Heydər Əliyevin uzaqgörənliyi sayəsində günü-gündən inkişaf edən ölkəmiz Ulu öndərin davamçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın uğurları, Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.Babalarimizdan bizə miras qalmış əziz, müqəddəs və qədim Şuşa şəhərinin 28 il, sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərdi.Ali baş komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi , həsrətinde olduğumuz Qarabağımız, Şuşamız azadır,Ulu Öndərimizin ruhu şaddır.

Xəlilova Sərvinaz,
Azərbayacan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024