Gəncədə Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar “İmamzadə” ziyarədgah dini kompleksində tədbir təşkil olunub
Tarix: 11-05-2023 | Saat: 16:58
Bölmə:Parlament / Özəl | çapa göndər
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin və “İmamzadə” ziyarətgah dini icmasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İmamzadə” ziyarətgah dini kompleksində tədbir keçirilib.
aia.az-ın məlumatına görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Milli Məclisin deputatları, QMİ Qazılar Şurasının, DQDİK-nin Gəncə bölgəsinin nümayəndələri, Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi, Gəncə Yəhudi Dini İcmasının sədri, ziyalılar, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan şəhər rəhbəri Niyazi Bayramov bildirib ki, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Natiq qeyd edib ki, bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu din xadimləri ölkəmizi üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyət olara xarakterizə etmişlər. Bu stabillik isə gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsi, milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür.
Çıxış edən digər natiqlər də müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin inkişafından, etiqad azadlığından, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməsindən bəhs ediblər.
Daha sonra Ulu Öndərin ruhuna dualar oxunub, əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil olunub.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024