Ulu Öndər Heydər Əliyev amili və xalqın öz liderinə inamı baş vermiş bütün çevriliş cəhdlərinin qarşısını qətiyyətlə aldı
Tarix: 11-05-2023 | Saat: 15:10
Bölmə:Özəl | çapa göndər
May ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşa şəhərindən xalqa müraciət etdi. Şuşa Azərbaycanın tacı, Şanlı Zəfərimizin rəmzidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu da Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək 2020-ci ildə Ulu Öndərimizin bu müqəddəs vəsiyyətini həyata keçirdi. Həmin il noyabr ayının 8-də şücaətli hərbiçilərimiz alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdilər. Şuşanın alınması ilə Azərbaycan xalqının torpaqlarımızı azad etmək uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtə qoyuldu. Buna görə də xalqımız Zəfər Gününü məhz 8 noyabr tarixində, Şuşanın azad edildiyi gündə qeyd edir. Bu gün artıq qalib Azərbaycan xalqının tarixinə ən şərəfli günlərdən biri kimi yazılıb.
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Ulu Öndərin 100 illik yubileyi münasibətilə həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə ardıcıl keçirilən çoxsaylı tədbirlər xalqımızın və bütün dünya azərbaycanlılarının öz Ümummilli Liderinə olan sonsuz sevgi və ehtiramının bariz nümayişidir. Müstəqil dövlətimizin qurucusu və xilaskarı, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyev hələ Sovet Azərbaycanı dövründə, 1969-82-ci illərdə respublikamızı SSRİ-də ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müasir müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı da məhz elə o illərdə formalaşmışdır. Heydər Əliyevin SSRİ hökumətinin Sədrinin müavini vəzifəsində çalışdığı 1982-1987-ci illərdə isə Azərbaycanın inkişafı daha dinamik xarakter almışdı. 1987-ci ildə Heydər Əliyevin kommunist partiyası rəhbərliyinin həyata keçirdiyi siyasi xəttə kəskin etirazının nümayişi olaraq, tutduğu vəzifələrdən istefa verməsindən heç iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də o gündən başladı. Lakin Ümummilli Lider hər zaman öz xalqının, canından artıq sevdiyi doğma Azərbaycanın yanında idi. Həmçinin 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırdı. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Ümummilli Lider öz haqq səsini ucaltdı, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini qətiyyətlə pislədi və bu qırğınla bağlı bütün dünyaya bəyanat verdi. Bütün bunlardan sonra Moskvada ciddi təqiblərə məruz qoyulan dahi rəhbər 1990-cı ilin iyul ayında Bakıya gəldi. Lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən antimilli qüvvələr də Heydər Əliyevə qarşı çirkin kampaniyalar aparırdılar. Buna görə də Ulu Öndər Naxçıvana gedərək, orada yaşamağa başladı. Bu məqam Muxtar Respublikanın taleyində həlledici rol oynadu. Çünki həmin vaxt Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi və Ermənistan Qarabağ kimi, bu qədim Azərbaycan diyarını da işğal etməyə hazırlaşırdı. Lakin Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Xalq Heydər Əliyevi özünə rəhbər seçdi və bu, demokratiyanın əsl təntənəsi oldu.
Cənab Prezident İlham Əliyevin öz müraciətində qeyd etdiyi kimi, müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. İlk öncə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bunun ardınca Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarıldı. 1992-ci ilin noyabrında isə, Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin əsasını qoydu.
Azərbaycanda 1991-1992-ci illərdə böhran həddinə çatmaq üzrə olan siyasi-ictimai gərginlik hər gün yeni təhdidlər doğururdu. Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin hakimiyyət uğrunda çəkişmələri respublikanı vətəndaş müharibəsi astanasına gətirmişdi. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verildi. Bundan on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. 1993-cü ilin real mənzərəsi - özbaşınalıq, quldurluq, xaos, anarxiya idi. Əlbəttə ki, ölkənin artıq öz mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalq nicat yolunu yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında xilas etdi. Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və bundan sonra dərhal ciddi islahatlara başlanıldı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi oldu. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Lakin həmin dövrdə düşmənlər hələ də məğlubiyyətləri ilə barışmaq istəmirdilər. “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Ulu Öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular.
1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci cəhd baş verdi. Artıq digər qanaddan gələn zərbə yenə də gənc dövlətimizi sarsıtdı. Yenə də xalq Ulu Öndərin ətrafında birləşərək o cəhdə də imkan vermədi. 1996-cı ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yarandı. O vaxtdan bu günə qədər ölkəmizdə bu sabitlik etibarlı şəkildə qorunur. Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir. Əlbəttə ki, bu hal ölkələri geriyə atır. Azərbaycanın timsalında hər kəs əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı.
Artıq 2003-cü ildən isə bu Liderlik missiyası Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan özünün daha parlaq gələcəyinə doğru Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yeganə doğru yolla inamla irəliləyir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024