Mobil versiya
Faşizm üzərində Qələbədə Azərbaycan xalqının rolu daha çox olub
Tarix: 10-05-2023 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının rolu daha çox olub

9 May Qələbə  günü  faşizmin əzab-əziyyətlərini görən  bütün dünya xalqları üçün tarixi hadisədir. «Biz fəxr edirik ki,  dünyanın bu taleyüklü probleminin həll olunmasında – faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur. Azərbaycan xalqı İkinci Dünya müharibəsində  həm döyüş meydanlarında, həm də  «arxa cəbhə»də əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir» söyləyən ulu öndər Heydər Əliyevin bildirdiyi kimi faşizm üzərində Qələbədə Azərbaycanın rolu, payı daha çox olmuşdur. Ulu Öndərin ordu  quruculuğu istiqamətində həyata keçirdiyi islahatları davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci dünya müharibəsində  iştirak edən azərbaycanlıların şücaətini 
 «Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır - həm ön cəbhədə, həm də arxa cəbhədə. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi» sözləri ilə ifadə edirdi.
…Tarixdə insanlara fəlakət gətirən müharibələr çox olsa da,  canlı və hərbi texnika sarıdan ən çox tələfatın qeydə alındığı  İkinci Dünya müharibəsi dəhşətləri ilə fərqlənir. Hitler faşizminin qurbanı olan,  Reyxin, gestaponun Buhenvald, Ovsensim, Liditse, Treblinka kimi digər ölum düşərgələrində  ağır işgəncələrə məruz qalan günahsız insanların üzləşdiyi fəlakətləri əks etdirən fotolar, filmlər,  qaz kameralarında yandırılan insanların divarlarda  qanla yazılmış sözləri bəşəri cinayətlərin izləridir.  1418 gün davam edən, təkcə  SSRİ-dən 27 milyon insanın məhvi ilə  nəticələnən Böyük Vətən müharibəsinin törətdiyi fəlakətləri statistik rəqəmlər də təsdiqləyir.  Hərbi əməliyyatlarda  15 milyon hərbçi və dinc əhali yaralanıb. Keçmiş SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 min fabrik və zavodu, 65 min kilometr dəmir yolu dağıdılıb. Təkcə Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birgə yandırılıb.  Müharibənin 880 günü blokadada qalan  Leninqradda yaşanıb.  Bu  müddətdə  800 mindən artıq leninqradlı  aclıqdan və  xəstəlikdən həlak olub. Müharibədə qəhrəmanlaq göstərən 7 milyon hərbçi  orden və medallarla təltif edilib. 11.633 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib.  Ginnesin rekordlar kitabına düşən Berlin əməliyatında hər iki tərəfdən 3,5 milyon əsgər və zabit,  52 min hərbi texnika, 7.750 tank, 11 təyyarə iştirak edib.
1941-1945-ci illərdə davam edən müharibədə 700 mindən artıq azərbaycanlı iştirak edib. Onlardan 300 mini döyüşlərdə həlak olub.   Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə ... bütünlükdə 130  həmyerlimiz igidliklərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Vətənin ən yüksək orden və medalları ilə təltif olunan azərbaycanlıların sayı minlərlə ölçülürdü.   Elə ilk günlərdən 4 mindən artıq  oğlan və qız könüllülər dəstəsinə qoşuldu.170 mindən artıq əsgər və zabitimiz müxətlif orden və medallarla təltif olunub.  Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycanın  416-cı Taqanroq, 402-ci, 396-cı, 223-cü, 77-ci diviziyaları  Brest, Moskva, Kiyev, Stalinqraq, Leninqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində rəşadət göstərərək döyüş uğurları qazanmışlar.  Azərbaycan diviziyaları Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın faşizmdən azad edilməsi əməliyyatlarında da  iştirak etmişlər.  

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024