Mobil versiya
Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi əbədi olaraq ürəklərdə yaşayacaq.
Tarix: 10-05-2023 | Saat: 00:30
Bölmə:Özəl | çapa göndər

Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi əbədi olaraq ürəklərdə yaşayacaq.

Bəli, yaşasaydı bu gün qədirbilən xalqımız öz dahi Liderinin, Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcəkdi. Ulu Öndərimiz Heydər Əliyevin 20 ilə yaxın bir zaman kəsiyində aramızda olmaması bizi mənən nə qədər üzsə belə , talehin bu alın yazısı ilə barışmalıyıq. Lakin Azərbaycan xalqı həmişə öz dahi şəxsiyyətinə xüsusi etibar, sədaqət nümayiş etdirir.
Ağır imtahanlar vermiş xalqımızın tarixini vərəqlədikcə, çətin, əzablı bir talehə malik bir xalq olduğumuzun şahidi oluruq. Tarixən bu çətinliklərdən bizi çıxaran bacarıqlı sərkərdələrimizə bu gün Azərbaycanın bir dövlət kimi varlığı , mövcudluğu üçün minnətdarıq.

3 oktyabr 1993-cü il Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi şanlı bir tarixdir. Həmin gün Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan sığortalandı.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Onlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının unudulmaz rəhbəri, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız o, ümummilli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.  

Ulu öndər Heydər Əliyev dünyanın bənzərsiz, böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə ilahi vergidir. Buna Allahın bəxş etdiyi liderlik deyirlər. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. 

Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. 

Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı bir zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin məsələni kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun.

Həmişə Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərlə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir.  Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görüləcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqqörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.

Bu gün ölkəmiz bu siyasətin uğurlarından gen-bol  faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin ən layiqli siyasi varisi Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə qələbədən-qələbəyə irəliləyir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və dövlət başçısının ətrafında daha sıx birləşir. 

Allahdan Ümummilli Liderimizə rəhmət diləyirəm. Ruhunuz şad olsun Ulu Öndərimiz , Sizin ideyalarınız , vəsiyyətləriniz ləyaqətlə, yüksək bacarıqla siyasi varisiniz İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Artıq ən böyük arzunuz da həyata keçdi-Qarabağ torpaqları işğaldan azad olundu.

Məhəmməd Əliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024