1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıq göstərmiş azərbaycanlılar bu gün də unudulmur
Tarix: 08-05-2023 | Saat: 17:06
Bölmə:Özəl | çapa göndər
XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi. İkinci Dünya müharibəsi həm də ona görə fərqləndi ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşdı. Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin bu il 78-ci ildönümü tamam olur. Müharibənin başa çatmasından 78 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də unudulmur. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib.
Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Azərbaycan xalqı Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr verdi. Müharibənin ilk illərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarət nümayiş etdirdilər.
Bu gün də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır. Bu qanlı müharibənin nəticəsi isə hər kəsə aydındır. Bəşəriyyət 1945-ci ilin 9 mayında faşizm üzərində qələbə qazandı və ötən müddət ərzində dünya düzənində də qarşısıalınmaz dəyişikliklər baş verdi. Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyinə nail oldu. Ancaq SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da Qələbə günü bütün MDB ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev hər il Qələbə günündə sağ qalmış müharibə iştirakçılarına və onların dul qadınlarına mükafatlar verir. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də abidələr ucaldır. Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasimlər keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç vaxt unudulmur. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər. Bir sözlə, dünya müharibəsi iştirakçılarına dövlət başçımız tərəfindən daim dərin hörmət və ehtiram, diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları "Xalqımızın qızıl fondu" adlandırırdı. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə Günü ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərir. Ölkə başçısı, həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam da imzalamışdır. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.
Heyran Orucova,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi, ”Tərəqqi” medallı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ