Qəhrəman Azərbaycan övladları
Tarix: 08-05-2023 | Saat: 16:58
Bölmə:Özəl | çapa göndər
Azərbaycan xalqı hər zaman cəsur ,öz vətənpərvərliyi ilə seçilən xalq olub.Əsirlər boyu tarixdə iz buraxıb.1941-1945 ci il baş vermiş Böyük Vətən müharibəsində Azərbaycan da öz sözünü Azərbaycan xalqı sadəcə ön cəbhədə deyil, həmçinin arxa cəbhədə də öz sözünü demişdir.Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə qadın və kişidən ibarət olmaqla 700 mindən çox insanımız cəbhəyə yollanmışdır.Muharibədə iştirak edən vətəndaşlarimizdan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.Arxa cəbhədə isə neftimiz çox böyük rol oynadı şüphəsiz ki qalibiyyətde çox böyük rol oynadı.Neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas göstəricilərdən biri oldu.Bu müharibə bütün dünyaya çox böyük itkilər bahasına başa gəldi.Təxmini hesablamalar görə 50 milyon adam həlak olmuşdu. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabazarlığa çevrilmişdir. Bir daha belə dəhşətli müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir.9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu gün öz həyatımıza görə borclu olduğumuz, dünyanımızın xilası naminə öz canlarını fəda edən vətəndaşlarımız qarşında baş əyirik.
Xəlilova Sərvinaz-Azərbayacan Dövlət Pedaqoji Universiteti.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ