Mobil versiya
Mehdi Hüseynzadə Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanı
Tarix: 08-05-2023 | Saat: 16:43
Bölmə:Özəl | çapa göndər

Mehdi Hüseynzadə Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanı

Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci il dekabr ayının 22-də Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.
1941-ci ilin avqustunda orduya çağırılıb. Mehdi Hüseynzadə Tiflis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib. Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Hüseynzadə Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.
1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçaraq, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. O, xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzib. Partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose yolu körpüsü, çoxlu faşist avtomaşını sıradan çıxarılıb.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən, faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü xeyli faşist öldürüb. Lakin döyüşərkən ağır yaralanıb. İgid partizan çoxlu qan itirərək həlak olub. “Mixaylo”nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılıb. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olub: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən, faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü xeyli faşist öldürüb. Lakin döyüşərkən ağır yaralanıb. İgid partizan çoxlu qan itirərək həlak olub. “Mixaylo”nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılıb. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olub: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.
1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.
Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş “Uzaq sahillərdə” bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.
Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaratmışdır.
1973-cü ildə Bakıda Mehdi Hüseynzadənin heykəli ucaldılmışdır.
2013-cü ildə Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Təxəllüsü Mixaylo” və “9-cu korpus” sənədli filmləri nümayiş olunmuşdur.
Sumqayıt şəhərində və Novxanıda Mehdi Hüseynzadə adına idman kompleksləri açılmışdır.
2007-ci ildə Mehdi Hüseynzadə doğulduğu Novxanı kəndində onun abidəsi ucaldılıb.
25 oktyabr 2007-ci ildə Sloveniyanın Nova Gorica şəhərinin yaxınlığında yerləşən Shempas kəndində Hüseynzadənin öldürüldüyü ərazidə qəhrəmanın büstünün açılması təntənəli mərasimi keçirildi.
21 dekabr 2013-cü ildə Mehdi Hüseynzadənin torpağa verildiyi Sloveniyanın Chepovan kəndində 95 illiyi münasibətilə ARDNŞ və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılan yeni memorial kompleksinin açılışı keçirilib.
17 noyabr 2017-ci ildə Sloveniyanın Maribor şəhərində Mehdi Hüseynzadənin abidəsi açılıb.
23 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Azərbaycan Dillər Universiteti
Ələkbərov Kənan



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024