Mobil versiya
İcra başçısı Gəncə Uşaq Evinin balaca sakinləri ilə birgə "DZİVA" sirk şousunu izləyib
Tarix: 07-05-2023 | Saat: 16:10
Bölmə:Özəl | çapa göndər

İcra başçısı Gəncə Uşaq Evinin balaca sakinləri ilə birgə "DZİVA" sirk şousunu izləyib

Gəncə İdman Olimpiya Kompleksində Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovun təqdimatında "DZİVA" sirk şousu növbəti dəfə tamaşaçıların qarşısına çıxıb.

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətiin başçısı Niyazi Bayramov Uşaq Evinin balaca sakinləri ilə bərabər şounu izləyib.
Proqramda Monte-Karlo festivalının iştirakçıları, eləcə də "Cirque du Soleil"in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər.
Şounu Parisdə keçirilən sirk festivalında bürünc medal qazanmış janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları – Oleq fon Suvorov və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılovun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edib.
Uçuş gimnastlarının kollektiv qeyri adi-fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı "Inna&Darya" duet nömrəsi şouya xüsusi maraq qatıb.
Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın "Kauçuk qız" adlı nömrəsi də maraqla qarşılanıb.
Qeyd edək ki, sirk şousu mayın 9-dək davam edəcək.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024