Quba rayonunda gəlin qaynanasını döydü
Tarix: 07-05-2023 | Saat: 10:30
Bölmə:Özəl | çapa göndər
Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində qayınanası Lətifəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Aia.az xəbər verir ki, hadisə bu il yanvarın 25-də baş verib.
Aynurə həmin gün saat 21 radələrində yaşadığı evin həyətində ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qayınanasını itələyərək ağac parçası ilə qolundan, yumruqla kürəyindən vurub.
İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb:
“Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2024
01-11-2024