Mobil versiya
SDU-nun Heydər Əliyev Məktəbində “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusunda elmi-praktik konfrans keçirildi -Fotolar
Tarix: 06-05-2023 | Saat: 20:05
Bölmə:Təhsil | çapa göndər

SDU-nun Heydər Əliyev Məktəbində “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusunda elmi-praktik konfrans keçirildi

aia.az xəbər verir ki, mayın 5-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Məktəbində “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusu üzrə elmi-praktik konfrans keçirildi.
Əvvəlcə konfrans iştirakçıları Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının önündə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran foto və kitab sərgisinə  baxış keçirdilər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açdı. Bu gün ölkəmizin hər yerində olduğu kimi, universitetimizdə də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini xatırladan Elxan Hüseynov Ulu Öndərin həyat və yaradıcılıq fəaliyyətinin mahiyyətində azərbaycançılıq və Azərbaycan dövlətçiliyi fəlsəfəsinin dayandığını bildirdi. Qeyd etdi ki, Ümummilli Liderin fəaliyyətinin mərkəzində öz xalqına sədaqətlə xidmət, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur.
Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə dövlətçilik ənənələrinin möhkəmlənməsinə yönələn fəaliyyəti XX əsrin sonlarında, XXI əsrin əvvəllərində müstəqil, sosial yönümlü dövlət siyasəti ilə Azərbaycan Respublikasının möhkəm dayaqlar üzərində bərqərar olması ilə nəticələndiyini bildirən rektor fikrini bu cür ifadə etdi: “Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək, qarşıya qoyulan məqsəd və hədəflərə doğru addımlayır”.
“Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda  məruzə ilə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış etdi. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını qeyd edən Elmar Xəlilov Azərbaycan xalqının Heydər Əliyev kimi Ümummilli Lideri olduğunu xalq üçün böyük xoşbəxtlik adlandırdı:”Məhz Ulu Öndərin yaradaraq inkişaf etdirdiyi strategiyanın bəhrəsidir ki, xalqımız öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ermənistan Respublikasının 30 illik işğalına son qoya, həsrətində olduğu qələbəyə qovuşa bildi”.
Məruzə ətrafında Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Məftun Heydərova “Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti”, Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Arzu Baxşəliyev “Heydər Əliyev-zəmanəni qabaqlayan şəxsiyyət”, Elmi hissənin müdiri dosent Samir Orucov “Heydər Əliyev-vətənpərvərlik və yüksək peşəkarlıq haqqında”, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Həsən Həsənov “Zərifə Əliyeva-zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımı” mövzularında geniş çıxış etdilər. Bildirdilər ki, müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratdı. Bütün bunlarla yanaşı gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırladı. Çünki, böyük lider Azərbaycanın işıqlı sabahına bütün varlığı ilə inanırdı. “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” ifadəsi dövlətimizin bugünkü tərəqqisini və inkişafını əvvəlcədən görən böyük şəxsiyyətin uzaqgörən düşncələrinin məhsuludur. Bu gün hər birimiz üçün sevinc və qürur mənbəyidir ki, dövlətimizin idarəsi, ordumuzun komandanlığı Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ixtiyarındadır. Dövlətimizin gündən-günə artan beynəlxalq nüfuzunun, möhkəmlənən iqtisadi gücünün, bütün dünyanın həsəd apardığı hərbi qüdrətinin mənbəyində Ulu Öndərimizin mükəmməl siyasəti dayanır. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin böyük Zəfəri ilə yekunlaşdı. Bu Zəfər sayəsində 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz öz şərəfli missiyasını layiqincə yerinə yetirdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün fəxrlə, qürurla yaşadığımız Qələbə sevincinin mənbəyində də Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır. Tarixi ədaləti bərpa edən bu böyük Qələbə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024