Gəncədə "Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı" mövzusunda konfrans keçirilib
Tarix: 06-05-2023 | Saat: 14:28
Bölmə:Özəl | çapa göndər
Gəncədə şəhər İcra Hakimiyyəti, “Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azəralüminium” MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı" mövzusunda konfrans keçirilib.
aia.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində reallaşan konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, deputat Müşfiq Cəfərov, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Baş direktoru Kamran Nəbizadə, "Azəralüminium" MMC-nin Baş direktoru Maksim Cavadov, Gəncə şəhər İH başçısı Aparatı və YAP yerli təşkilatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində dahi şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı müstəsna xidmətlərinə həsr olunmuş foto-sərgiyə baxış keçiriblər.
Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin dahi şəxsiyyət Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Natiq qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən dövlətçilik xətti, siyasi məktəb yaradıb. Ümummilli Liderin siyasi məktəbinin layiqli davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir.
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Baş direktoru Kamran Nəbizadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dərin zəkası, bütün sahələrə yaxşı bələd olması Azərbaycanın uğurlu inkişaf konsepsiyasının hazırlanmasına təkan verib. K.Nəbizadə vurğulayıb ki, sənayenin dinamik yüksəlişini təmin etmək üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda struktur islahatlar həyata keçirilib. Dahi rəhbər ölkədə metallurgiyanın inkişafına xüsusi diqqət göstərib.
Çıxış edən digər natiqlər də respublikamızda sənayenin inkişafında dahi liderin müstəsna xidmətlərindən bəhs ediblər. Ulu Öndərin böyük siyasi iradəyə, sarsılmaz əqidəyə, tükənməz dövlət idarəçiliyi istedadına malik olduğu qeyd olunub.
Çıxışlardan sonra "Əbədiyyətin ilk əsri. Heydər Əliyev – 100" sənədli filmi nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Azəralüminium" MMC-nin bir qrup əməkdaşına "Fəxri Fərman"lar və "Təşəkkürnamə"lər təqdim olunub.
Sonda konfrans iştirakçıları “Azəralüminium” MMC-nin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2024
01-11-2024