Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır
Tarix: 05-05-2023 | Saat: 12:56
Bölmə:Özəl | çapa göndər
Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqindən (2 avqust 1996-cı il);
Heydər Əliyev torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində öz yurd-yuvalarından didərgin salınmış insanlarla mütəmadi görüşür, problemlərinin həllini diqqətdə saxlayırdı. 1996-cı il avqustun 2-də Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə torpaqlarımızın işğaldan azad olunmasının, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının bir nömrəli vəzifə olduğunu vurğuladı. Rayon sakinlərini dinləyərək bildirdi ki, Ağdam və digər rayonlar işğaldan mütləq azad ediləcək.
Belədə oldu, artıq Ağdamın işğaldan azad edilməsindən 2 il ötür
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb.
Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
1996-cı il 2 avqust Sitat:
“Bizim xalqımız aciz xalq deyil, ağdamlılar da, bütün Qarabağ bölgəsində yaşayanlar da – əgər belə bir söz işlətsək, – qarabağlılar da, Azərbaycanın bütün başqa bölgəsində olan azərbaycanlılar da aciz xalq deyil. Xalqımız əsrlər boyu böyük sınaqlardan çıxıb və öz torpağını, öz mənliyini qoruyub indiyə qədər saxlaya bilib...
Heç kəs düşünməsin ki, Ermənistanla Azərbaycan arasında daim düşmənçilik münasibətləri olmalıdır. Belə ola bilməz ki, qonşu ölkələr daim düşmən olsunlar. Avropada nə qədər ölkələr bir-biri ilə müharibə aparıblar. İkinci Dünya müharibəsi, Sovetlər İttifaqı ilə, Rusiya və Almaniya arasında müharibə, bir onlarda yox, başqa ölkələrdə də nə qədər böyük faciələrə gətirib çıxardı”.
“Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamınız bir dinə mənsubuq, hamınız bir millətin övladlarıyıq.”
Nuranə Orucova Əlizamin qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ