Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır
Tarix: 05-05-2023 | Saat: 12:39
Bölmə:Özəl | çapa göndər
Tarixə Azərbaycan xalqının Ulu Öndəri kimi daxil olmuş Heydər Əliyev liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq bəxş etdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.
Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə Ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.
Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.
Dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmiş, strateji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı. Müharibə aparan ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı.
Bu baxımdan Heydər Əliyevin azərbaycançılıq təlimi onun multikultural Azərbaycan cəmiyyətini ən yüksək səviyyədə birləşdirə bilən ideoloji sistem hazırlayıb həyata keçirməsi bacarının ən yüksək zirvəsi hesab oluna bilər. O, yeganə siyasətçidir ki, azərbaycançılığı romantik-bədii, fəlsəfi-nəzəri ideyalar çərçivəsindən çıxararaq, ciddi siyasi-ideoloji sistemə çevirmiş, bu təlimə konkret məzmun vermişdir. Qətiyyətlə demək olar ki, ümummilli lider azərbaycançılıq məfkurəsini vahid vətənçilik ideyası olaraq cəmiyyətdə parçalanmanın qarşısını almağa, milli dövlətçiliyin novatorcasına inkişafına, dayanıqlı ictimai birliyin və həmrəyliyin yaranmasına, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və müstəqil dövlət quruculuğu prosesinin davamlılığına xidmət edən konsepsiya kimi işləyib hazırlamış və həyata keçirmişdir.
Heydər Əliyev dövrünün nadir dövlət xadimlərindən biri idi ki, öz dövlətinin müstəqilliyini qorumaq üçün bütün vasitələrdən istifadə edir və çox vaxt açıq çıxışlardan çəkinmir və heyrətamiz cəsarət nümayiş etdirirdi. O, eyni zamanda beynəlxalq münasibətlərə dair özünün konkret mövqeyi olan siyasi xadim kimi rəğbətlə qarşılanırdı. Bu mənada onun BMT-nin 1994-cü ildə keçirilən 49-cu sessiyasında və 50 illiyinə həsr edilmiş xüsusi toplantısında Azərbaycan dövlətçiliyi ilə əlaqədar, ölkəmizin daxili və xarici siyasətinin prioritetləri haqqındaı səsləndirdiyi açıq tezislərlə yanaşı, beynəlxalq münasibətlər sistemi haqqında cürətkar fikirlər ifadə etməsi və qlobal təhlükəsizlik və inkişaf üçün böyük dövlətləri məsuliyyət daşımağa dəvət etməsi çox böyük uzaqgörənlik və cəsarət tələb edirdi.
Ulu öndər Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail olmuşdu. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ