Gəncədə növbəti səyyar qəbul keçirilib
Tarix: 05-05-2023 | Saat: 09:48
Bölmə:Özəl | çapa göndər
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vətəndaşlarla səyyar görüşləri davam edir.
aia.az xəbər verir ki, növbəti belə səyyar qəbul şəhər 31 saylı tam orta məktəbdə baş tutub. Görüşdən öncə təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Qəbulda Milli Məclisin üzvü Müşfiq Cəfərov, Gəncə şəhər İH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
aia.az xəbər verir ki, İcra başçısı çıxış edərək Gəncə şəhərinin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırığına əsasən əhali ilə mütamadi olaraq keçirilən bu görüşlərdə əsas məqsədin sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.
Səyyar görüşdə iştirak edən sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov hər bir vətəndaşı fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Sakinlərin müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Sakinlər onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün dövlət başçısına və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ