Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu,müstəqillik ruhu daim yaşamışdır
Tarix: 04-05-2023 | Saat: 17:51
Bölmə:Özəl | çapa göndər
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!
Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış, Azərbaycan xalqı, Azərbaycan Respublikası öz müstəqilliyini dünyaya elan etmişdir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı olmuşdur. İlk Azərbaycan Demokratik Respublikası ölkəmizin müstəqilliyini dünyaya bəyan etmək üçün və müstəqil demokratik dövlət qurmaq üçün ilk addımlarını atmış, bir çox tədbirlər görmüşdür.
Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik olan insanları daim ümidlə yaşamışlar ki, Azərbaycan öz müstəqilliyini əldə edəcəkdir, milli azadlığa nail olacaqdır. 1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovetlər İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etməsi üçün şərait yaranmışdır. Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir nəticə verməmişdir.
Tarixin bir neçə səhifəsini yada salmaq istəyirəm. Artıq 1980-ci illərin axırlarında məlum idi ki, sovet imperiyası, Sovet İttifaqı dağılmaqdadır. Ancaq onu saxlamağa cəhd göstərən qüvvələr hələ güclü və çox idi: Məhz buna görə də Azərbaycanın o vaxtkı dövründə milli azadlıq hərəkatını, milli şüuru boğmaq üçün qanlı yanvar hadisələri törədildi. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz oldu. Bu, Azərbaycanı sıxmağa, boğmağa, Azərbaycanda ayağa qalxmış xalqın iradəsini sındırmağa yönəldilmiş təcavüz idi.
Doğrudur, bu, xalqımıza çox baha oturdu, böyük faciələrə gətirib çıxardı. Ancaq xalqımızın milli azadlıq ruhunu öldürə bilmədi. Bundan sonra Sovetlər İttifaqını, imperiyanı saxlamağa cəhd göstərənlər, o dövrdə Azərbaycan Respublikasının taleyinə rəhbərlik edənlər respublikamızı yenə də Sovetlər İttifaqının tərkibində saxlamağa çalışırdılar.
1991-ci ilin martında Sovetlər İttifaqının qalıb-qalmaması məsələsi həll edilərkən, Azərbaycanda xalqın əksəriyyəti müstəqillik arzusunda olduğu bir zaman Azərbaycanın o vaxtkı rəhbərliyi xalqın iradəsinə zidd olaraq, martın 17-də respublikanın guya Sovetlər İttifaqı tərkibində saxlanmasına səs verdiyini bildirdi. Ancaq bu da, şübhəsiz ki, Azərbaycanda müstəqillik, milli azadlıq əzminin qarşısını saxlaya bilmədi. Nəhayət, 1991-ci ilin avqustunda Moskvada həyata keçirilən dövlət çevrilişi və onun qarşısının alınması sovet imperiyasının dağılmasına gətirib çıxardı və bundan sonra gedən proseslər nəticəsində ittifaq dağıldı. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası da öz müstəqilliyini bəyan etməyə nail oldu.
Bildiyiniz kimi, 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyanat qəbul olundu. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Bununla da Azərbaycan bir müstəqil dövlət kimi özünü dünyaya bəyan etdi. Azərbaycanın müstəqilliyini dünya ictimaiyyəti bəyəndi, qəbul etdi, tanıdı. Ötən üç il müddətində Azərbaycan Dünya Birliyində öz layiqli yerini tutub, Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq təşkilatların üzvüdür, dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanınıb, bir çox dövlətlərlə diplomatik əlaqələr qurmuşdur. Azərbaycan üç ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bu, Azərbaycan xalqının həyatında böyük tarixi, əlamətdar bir hadisədir və mən bu gün, müstəqilliyin üçüncü ildönümü günü tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı bundan sonra da müstəqillik yolu ilə gedəcək, öz müstəqilliyini əldən verməyəcək və Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır.
Abuşova Hicranə Elşad Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ