Mobil versiya
Siyəzən rayon Mərkəzi Kitabxanada Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirilib -Fotolar
Tarix: 03-05-2023 | Saat: 17:45
Bölmə:Özəl | çapa göndər

Siyəzən rayon Mərkəzi Kitabxanada Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

03.05.2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanası Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirib.
Tədbirdə Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor səlahiyyətlərini icra edən Gülnar Muradova, Azərbaycan İnformasiya Agentliyinin Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov, Jurnalist Reyhan Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Mərkəzi Kitabxananın əməkdaşları iştirak edib.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki,bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da 3 May -Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir. Bu günün qeyd edilməsi imkan verir ki, söz və ifadə azadlığı, medianın sərbəst fəaliyyəti ilə bağlı məqamlara nəzər salınsın. Dəyirmi masada çıxış edənlər vurğulayıblar ki, Prezident İlham Əliyev də Ulu Öndərin media siyasətinə sadiqliyini nümayiş etdirdi. Onun sözlərinə görə, ölkəmizdə dövlətin informasiya siyasəti Konstitusiyamızda əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib.1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.

Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoymaqla yanaşı, dövlətimizin idarəçilik mexanizmlərini formalaşdırıb, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığına dair konkret müddəalar öz əksini tapıb.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024