Jurnalist olmaq və Jurnalistika
Tarix: 03-05-2023 | Saat: 11:51
Bölmə:Özəl | çapa göndər
Jurnalistikanın qədim və sevilən ixtisaslardan biri olduğunu nəzərə alaraq bu gün bu sahə haqqında danışacayıq. Jurnalistika 4-cü hakimiyyətdir. Jurnalistika hər şeyi düzlüyü ilə tələb edən peşədir. Jurnalistika ayıqlıq, aktivlik,məlumatla işləmək bacarığı tələb edir.Bir sözlə, jurnalistikanı sevən gələcəyin jurnalisti bu sahənin məsuliyyətini anlayaraq bu peşəyə üz tutmalıdır.
Bəs bu gün özünü jurnalist adlandıran toplumdakılar nə dərəcədə profesionaldır?
İncəsənətimizin bu günkü vəziyyəti göz önündədir. Artıq həddən artıq dəyişikliklər, klassikanın yox oluşu , pop adı altında nə olduğu bilinməyən musiqilər, qrammatik qaydalara əməl edilmədən yazılan yazılar, yersiz suallarla və şou yaratmağla layihəsini önə çəkmək istəyənlər,şişirdilmiş başlıqlar və təcrübəsiz insanlar ...
Bu siyahını uzatmaq mümkündür.Hər biri haqqında da ayrıca danışmaq olar.
Jurnalist olmaq istəyən şəxs həqiqətləri deməyi bacarmalıdır. Təriflərlə dolu məqalələr,müsahibələr kimə və nəyə lazım ?
Əgər səni susdurmağı bacarırlarsa sən necə jurnalistsən?
Jurnalist qorxmamalıdır.
Boşuna deməyiblər ki, jurnalist dördüncü hakimiyyətdir. Sən bu gün hər hansı bir məsələni aydınlaşdırmalısan ki, sabah onun həlli mümkün olsun.Əgər qaldırılan problem həll olursa sən udan tərəfsən. Həm insanların gözündə yüksək status sahibi olarsan, həmdə peşəkarlığın artar.
Müasir jurnalistikanın problemləri elə müasir cəmiyyətimizin problemləridir. Jurnalistika da bunu öz problemi kimi yaşayır və cəmiyyət də jurnalistikanın problemlərini öz problemi kimi yaşamalıdır. Çox təəssüf ki, indi bu “anlaşma” yoxdur. Cəmiyyət jurnalistikaya qabiliyyətli, istedadlı jurnalistlər verməlidir, peşəkar jurnalistlər hazırlamalıdır. O yaxşı kadrlar da, öz növbəsində, cəmiyyət üçün çalışmalı və ona xidmət etməlidir. Bu prosesdə birtərəflilik olmamalıdır. Bu, həm də, cəmiyyətin öz-özünü idarə etmə məsələlərinə bağlıdı. Biz keçmiş Sovet İttifaqı dağılandan sonra bəzi qüvvələrin zəifliyindən, çaşqınlığından və s. yaşanan xaos dövrünü çoxdan geridə qoymuşuq. Bu gün bizim yolumuz, istiqamətimiz, strategiyamız həm dövlət, həm də xalq olaraq bəllidir. Sözün həqiqi mənasında bütün sahələrdə inkişafımız göz önündədir. Bunu heç kəs dana bilməz. Təbii ki, gözü götürməyənlər, yanlış yozanlar var. Bunu media mühitində olan insanların hamısı gözəl bilirlər. Daxildə də bu istiqamətdə görməzlikdən gəlmək istəyənlər tapılır. Amma obyektiv həqiqətlər, total inkişaf göz qabağındadır.
Bu mənada ölkəmizdə gedən müasirləşmə, inteqrasiya prosesləri fonunda jurnalistikanın da daxili təkmilləşməsi məsələsi mütləq olmalıdır və bu istiqamətdə nailiyyətlər də az deyil. Bu gün mətbuatda sözün həqiqi mənasında plüralizm, fikir müxtəlifliyi hakimdir. Mətbuatın panoramasında hər tip qəzet, dərgi və eləcə də, hər cür jurnalist tapmaq mümkündür. Amma bu jurnalistlərin hamısının məqsədi birmənalı olaraq cəmiyyət quruculuğuna xidmət edirmi? Bax bu məsələdə insanı təəssüf hissi bürüyür. Axı, Azərbaycan mətbuatı, jurnalisti, vətəndaşı bir az başqa cür, fərqli düşünməlidir. Jurnalist hər şeydən əvvəl vətəndaş olmalıdır.
Rəna Baxşəliyeva,
Ümumgənclər ictimai birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024