Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı şahmat turniri keçirilib -Fotolar
Tarix: 03-05-2023 | Saat: 09:22
Bölmə:Özəl | çapa göndər
aia.az xəbər verir ki, Mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Gənclər Evində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat yarışı üzrə turnir təşkil olunub. Turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Turnirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, AQUPDK nəzdində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının baş məsləhətçisi Vəli Vəliyulla, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon Təşkilatının əməkdaşları Nəzrin Bayramova və Siyasət Həsənov, 3 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin müəllimi, oyunun baş hakimi Gülzar Kərimova və rayon məktəbliləri iştirak ediblər.
Turnirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin dövlət uşaq siyasətinin formalaşdırılması zamanı məqsədyönlü və davamlı fəaliyyətindən söhbət etmişlər. Həmçinin qeyd edilmişdir ki, Ümummilli liderin 100 illik yubileyinə həsr olunan şahmat yarışının keçirilməsində əsas məqsəd uşaqların hərtərəfli inkişafına diqqətin yönəldilməsidir. Turnirin birinci mərhələsinin nəticələrinə əsasən birinci yer Gülümov Müsəf (A.S Makarenko adına Gimnaziya), ikinci yer Bayramov Həsən (149 nömrəli tam orta məktəb) və üçüncü yer Tağıyev Fərman (156 nömrəli tam orta məktəb) layiq görülüblər.
İkinci mərhələsinin yekunlarına əsasən isə birinci yer İbrahimov Elgün (120 nömrəli tam orta məktəb), ikinci yerə görə Abulov Yunis (322 nömrəli tam orta məktəb) və üçüncü yerə isə Məmmədli Mehdi (216 nömrəli tam orta məktəb) layiq görülüblər. Oyunda fəal iştirak etdiklərinə görə isə Cəfərova Ləman (136 nömrəli tam orta məktəb), Musayeva Zeynəb (326 nömrəli tam orta məktəb) və Əliyeva Sara (230 nömrəli tam orta məktəb) fərqlənmə diplomu ilə təltif ediliblər. Turnirdə qalib, həmçinin fərqlənmiş iştirakçılara müvafiq olaraq təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim edilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024