Mobil versiya
Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” -Fotolar
Tarix: 02-05-2023 | Saat: 10:40
Bölmə:Özəl | çapa göndər

Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

Dağlar diyarı Lerikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə konfrans keçirilib. “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda rayon İcra hakimiyyətinin inzibati idarə binasında baş tutan konfransda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran Dövlət Universitetinin müəllimləri- filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, ziyalılar, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə ictimaiyyət nümayəndələri iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucalan ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər . Daha sonra icra hakimiyyətinin inzibati idarə binasında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlanlarının əziz xatirələri ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla anılıb. 
Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov öz geniş məruzəsində deyib:- XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir. Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərt olduğu sovet dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin yaratmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç nədən çəkinməyərək əzmkar fəaliyyəti sayəsində xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Ulu öndərin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər saysız-hesabsızdır. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma, prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanılıb. Bütün mənalı həyatını öz xalqına verən dahi şəxsiyyətin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.
“Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışan digər natiqlər- Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran–Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun əməkdaşı Hüseynbala Əliyev, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva, universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva onu da bildiriblər ki,  ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü, həmçinin gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Ümummilli lider Heydər Əliyevin həm 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik olduğu, həm 1982–1987-ci illərdə SSRİ-nin Nazirlər Sovetində rəhbər vəzifədə işlədiyi dövrdə, eləcə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra respublikamızda həyatın bütün sahələrində dinamik inkişaf əldə edilib, azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşın özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik hissləri güclənərək real siyasi amilə çevrilib , ən əsası isə Azərbaycan öz intibah dövrünü yaşamağa başlayıb.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə