İcra başçısı Gəncədə yeni yaradılan yem və taxıl istehsalı müəssisəsində olub -Fotolar
Tarix: 02-05-2023 | Saat: 10:28
Bölmə:Özəl / İqtisadiyyat | çapa göndər
Əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dövlət dəstəyinin gücləndirilməsi qeyri-neft sektorunun, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.
Dövlətin yartdığı bu mühitdən faydalanaraq yola çıxmış müəssisələrdən biri də Gəncədə fəaliyyət göstərən “Mehmanoğlu Yem və Taxıl” MMC-dir.
aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Mehmanoğlu Yem və Taxıl” MMC-də görülən işlər və yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə müəssisəyə baş çəkib.
Müəssisə sahibi Mehman Kərimov şəhər rəhbərinə məlumat verərək bildirib ki, yeni yaradılan müəssisədə quş, iri və xırda buynuzlu heyvanlar üçün yem istehsal edilir. Müəssisənin istehsal gücü saatda 10 ton təşkil edir. Bununla yanaşı, burada ümumi həcmi 30 min ton olan 4 ədəd taxıl saxlama çənləri quraşdırılıb.
İcra başçısı Niyazi Bayramov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli – həm maliyyə, həm texniki və intellektual dəstək göstərilir və bu dəstəyin göstərilməsi bu sahədə mühüm nailiyyətlərin və müsbət göstəricilərin əldə olunmasını şərtləndirir.
Müəssisədə yaradılan iş şəraiti ilə yaxından tanış olan şəhər rəhbəri öz tövsiyələrini verib və kollektivə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, ilkin olaraq 20 nəfərin işlə təmin edildiyi müəssisədə yaxın gələcəkdə işçi sayının 30-a çatdırılması nəzərdə tutulur.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024