Mobil versiya
Həzi Aslanov metrosu yaxınlığında qəza törədərək azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edilib
Tarix: 01-05-2023 | Saat: 17:46
Bölmə:Özəl | çapa göndər

Həzi Aslanov metrosu yaxınlığında qəza törədərək azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edilib

Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib.
Məlumata görə, barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Telman Şəhriyar oğlu Kərimova hökm oxunub. 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu maşınla vuran və azyaşlının ölümünə səbəb olan polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Aia.az
Bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024