Mobil versiya
Türkiyə mətbuatında Türkiyə-Azərbaycan Birliyinin qarşısıalınmaz yenilməz bir qüvvə olmasından bəhs edən geniş məqalə dərc olunmuşdur
Tarix: 29-04-2023 | Saat: 22:53
Bölmə:Özəl | çapa göndər

Türkiyə mətbuatında   Türkiyə-Azərbaycan Birliyinin  qarşısıalınmaz yenilməz bir qüvvə  olmasından  bəhs edən geniş məqalə dərc olunmuşdur

Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Xəyalə Məmmədovanın Türkiyənin tanınmış ” ANK xəbər” qəzetində “Türkiyə-Azərbaycan Birliyi; qarşısıalınmaz, yenilməz bir qüvvədir ” başlıqlı məqaləsi dərc olunmuşdur.
Məqalədə vurğulanır ki, tarix boyu həmişə Türkiyə ilə Azərbaycan arasında güclü dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımızın eyni nəsilə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı əlaqələrə sahib olması, bu iki ölkəni hər zaman bir-birinə yaxınlaşdırmış, sevincli və kədərli günlərində də bir-birlərinin yanında olmuşlar. Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" olaraq vurğuladığı kimi , Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, bu gün daha da yüksək səviyyəyə çatmışdır.Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin inkişafı, bu gün Türk dünyasını da bir-birinə yaxınlaşdıran ən vacib amillərdən biridir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, "Türkiyə və Azərbaycan arasında köklü tarixi və mədəni əlaqələrdən qaynaqlanan qardaşlıq münasibətləri hər sahədə inkişaf edir və güclənir.Bu münasibətlərin memarlarından biri olan Ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum Ulu Öndər tərəfindən iki ölkə münasibətlərinin ideal dəyərini ifadə etmək üçün istifadə etdiyi bu şüar gerçək həyatda öz əksini tapdı. Bu gün bütün dünya sevinci də, kədəri də bir olan Türkiyə və Azərbaycana həsəd aparır. "
Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Eyni zamanda məqalədə vurğulanmışdır ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri günü-gündən daha da inkişaf etdirir. Hörmətli Prezidentimiz İlham Əliyev iki ölkə münasibətlərinin hazırkı vəziyyətini belə dəyərləndirərək, bildirmişdir ki: "Türkiyə-Azərbaycan münasibətləri bu gün ən yüksək səviyyədədir.Bu münasibətlər stratejidir, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklərimiz, həm də mədəni əlaqələrimiz keçmişimizin və bu günün siyasi maraqlarıdır. "
Müəllif onu da xatırladır ki, Azərbaycan-Türkiyə birliyini, Türk dünyasının həmrəyliyini dünya görməli və bu birliyi ləkələmək istəyənlər, zəiflətmək istəyənlər bundan bir nəticə çıxarmalıdır. Çünki Azərbaycan-Türkiyə Birliyi artıq yenilməz qüvvəyə çevrilmişdir.

Daha ətraflı: Mammadova: Türkiye-Azerbaycan Birliği; Engellenemez, Yenilmez Bir Güçtür



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024