Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, əsl dost ölkələrdir
Tarix: 29-04-2023 | Saat: 15:09
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın ən yeni enerji diplomatiyasının bariz təzahürü Prezidentimizin dediyi kimi "Avrasiyanın enerji xəritəsini yenidən cızmaqdan" ibarətdir. Mütləq qeyd etmək lazımdır ki, Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi və onun yenidən cızılması fərqli məzmunlara malik anlayışlardı. Təbii ki, hər ikisinin müəllifi Prezident İlham Əliyevdir. Onlar biri- birinə zidd deyil, biri-birini tamamlayır və son 15 ildə Avrasiyanın enerji xəritəsində İlham Əliyevin yaratdığı dəyişikliklərin iki mühüm mərhələsini ifadə edir. Prezident İlham Əliyevin enerji diplomatiyasının dəyişdirici gücü və məntiqi sadə və aydındlr.Enerji diplomatiyamızın ilk mərhələsində əsas hədəf neft və qazın dünya və Avropa bazarlarına çıxarılmasına nail olmaqdan ibarət idi. 2006-2007-ci illərdə Bakı-Tbilisi -Ceyhan və Bakı-Ərzurum kəmərlərinin tikilməsi İlham Əliyevin çox uzaq hədəflərə hesablanmış enerji diplomatiyasının ilkin infrastruktur layihələrinə çevrildi. Hələ o zaman başa düşmək çətin deyildi ki, qardaş Türkiyə son " bazar məkanı" deyil.Türkiyənin özü də istəyirdi ki, qardaş ölkənin enerji nəqliyyat imkanlarını Azərbaycanla birləşdirərək daha böyük bazarlara birgə çıxış əldə edək.Beləliklə , neft və qazı Avropa bazarlarına çıxarmaq enerji diplomatiyamızın ilk mərhələsi oldu. Sonrakı illərdə TANAP və TAP kəmərlərinin çəkilməsi enerjinin əvvəlcə qardaş ölkəyə ,sonra isə Avropaya çıxarılması mərhələsinə son nöqtəni qoydu. Prezident İlham Əliyevin xüsusi vurğuladığı və Avrasiyanın enerji xəritəsini dəyyşdirmək siyasətinin mahiyyətində dayanan böyük hadisə budur.
Cənab Prezident İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarını da Avropaya çatdırılmasının real üsuludur. Artıq Qazaxıstan ildə 1,5 milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Trans xəzər boru xətti ilə Avropaya məqli də məhz Azərbaycanın infrastrukturları hesabına və şəxsən İlham Əliyevin sayəsində Avropanın strateji layihələri sırasına daxil edilib. Bunun da yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir. Avropanın enerji təminatı prosesinə Mərkəzi Asiyanın cəlb edilməsi Azərbaycanın enerji diplomatiyasının Avrasiyada enerji xəritəsini yenidən cızdığına dair tutarlı sübutlar sayıla bilər.
Prezident İlham Əliyev Avrasiyanın enerji xəritəsini dəyişdi və yenidən cızdı. Bu gün Avropanın ən azı 10 ölkəsi Azərbaycanın yenidən cızdığı enerji xəritəsinin konturları daxilindədir. Albaniyada qazpaylayıcı şəbəkənin qurulmasına Azərbaycanın daxil olması və SOCAR-ın bürün Avropada qaz satışı lisenziyasını rəsmən əldə etməsi hətta Ermənistanda da etiraf olunduğu kimi Azərbaycanın dünyəvi güc və reytinqini artıran amillərdir.
Prezident Əliyev Sofiyada haqlı olaraq bəyan etdi ki, Azərbaycan tək enerjidə yox, bütün sahələrdə etibarlı tərəfdaş kimi öz hədəflərinə çatmağa qadirdi. Avropada şübhə edilmir ki, Azərbaycan bu il Avropaya 12, 2027-ci ildə isə 20 milyard kubmetr qaz nəql edəcək. Prezident İlham Əliyevin enerji diplomatiyası bütün geosiyasi riskləri istisna etməklə Avrasiyada yeni dövr başladır...
Nabat Zəngəzur
YAP Qaradağ rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2024
01-11-2024