Mobil versiya
İsrail Gəncədə meyvə bağları sahəsi yaradır
Tarix: 24-04-2023 | Saat: 14:40
Bölmə:Özəl / İqtisadiyyat | çapa göndər

İsrail Gəncədə meyvə bağları sahəsi yaradır

İsrail Azərbaycanda alma, nar, gilas, şaftalı və nektarin əkilməsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlayıb.
aia.az xəbər verir ki, layihə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşdırılır.

Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-Təcrübə Təsərrüfatında intensiv meyvə bağının nümayişi üçün sahələr salınıb.
Pilot layihə çərçivəsində ümumi sahəsi 2,5 hektar olan ərazidə 3 400 meyvə ağacları əkilib.
Səfirliyin açıqlamasında bildirilib ki, bu müasir bağlar ADAU tələbələrinə və əməkdaşlarına intensiv meyvə bağlarının salınması və idarə olunması üçün praktiki bilik və bacarıqlar əldə etməyə imkan verəcək ki, bu da ən qabaqcıl və səmərəli üsullardan istifadə etməklə ənənəvi bağlardan daha məhsuldar, səmərəli və davamlı olacaq.
Barmaqlıqlar və müasir damcı suvarma sistemləri ilə təchiz edilmiş bu bağlar Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına dəstək verəcək ki, bu da kənd yerlərində gəlirləri artırmaq, güclü və davamlı icmalar yaratmaq üçün vacibdir.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024