Mobil versiya
Pensiya üçün sığorta olunanların sayı artıb
Tarix: 13-07-2016 | Saat: 15:13
Bölmə:İqtisadiyyat | çapa göndər




Son 6 ayda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 100 min nəfərə yaxın artıb.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər.

Qeyd olunur ki, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində cari ilin yanvar-iyun aylarında qeydiyyatda olan sığortaolunanların sayı 98995 nəfər artaraq 01 iyul tarixinə 3279149 nəfərə çatıb.

Sığortaolunanlardan 30 yaşa qədər olanlar 684140 nəfər (20,8 faiz), 30-40 yaşlarında olanlar 826243 nəfər (25,2 faiz), 40-50 yaşlarında olanlar 659202 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 692240 nəfər (21,1 faiz) təşkil edir. Digərləri isə 60 yaşdan yuxarı olan şəxslərdir. Sistemdə fərdi şəxsi hesabı olanların 1946089 nəfəri (59,3 faiz) kişilərdən, digərləri qadınlardan ibarətdir.

Fərdi uçot sistemi Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olmaqla, əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların gələcək pensiya təminatı məqsədilə onların fərdi hesablarına pensiya kapitalının toplanması təmin olunur.

Sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalına mütəmadi nəzarət edə bilmələri üçün nazirliyin "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidməti fəaliyyət göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə