Mobil versiya
Mobil telefona görə 3nəfər imtahandan xaric olunub.
Tarix: 16-04-2023 | Saat: 19:35
Bölmə:Özəl / Təhsil | çapa göndər

Mobil telefona görə 3nəfər imtahandan xaric olunub.

Bu gün Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə, Sumqayıt şəhərlərində, Abşeron, Ağdaş, Beyləqan, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz , Qəbələ, Qobustan, Quba, Masallı , Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Aia.az
Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024