Mobil versiya
Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdir
Tarix: 11-04-2023 | Saat: 16:17
Bölmə:Özəl / Parlament | çapa göndər

Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdir

Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur.
Türkiyə Silahlı Qüvvələri Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordudur. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur.
Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir.
Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə Silahlı Qüvvələri Atatürkçülük ideologiyasının xüsusilə də mühafizəkar aspektlərini özü üçün əsas götürmüşdür. Türkiyə 18 fevral 1952-ci ildə NATO üzvü olduqdan sonra silahlı qüvvələrin hərtərəfli modernizasiyası işlərinə başlamışdır. Bu təşkilata qoşulduqdan sonra Türkiyə Ordusu döyüş əməliyyatlarında müttəfiq qoşunlara dəstək vermək məqsədilə Koreyaya göndərilmiş və müharibənin bəzi hissələrində vacib rol oynamışdır. 1980-ci illərin sonlarına doğru silahlı qüvvələrdə ikinci yenidənqurma işləri başladılmışdır. Türkiyə Silahlı Qüvvələri Avropa Zirvəsinin nəzarəti altında təşkil olunan Avropa İttifaqı Döyüş Qruplarında iştirak etmişdir. TSQ, həmçinin Aİ və NATO-nun təşəbbüsü ilə təşkil olunan Avropa korpusuna da şəxsi heyət göndərmişdir.
Türkiyə Silahlı Qüvvələri 639,551 nəfərlik hərbi, mülki və yarımhərbi şəxsi heyəti ilə NATO-nun tərkibində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük hərbi güc hesab olunur. Türkiyə Belçika, Almaniya, İtaliya və Niderlandla birlikdə NATO-nun nüvə paylaşımı proqramına daxil olan beş ölkədən biridir. Bu proqrama uyğun olaraq 90 ədəd B61 nüvə bombası İncirlik aviabazasında saxlanılır. Bu bombalardan 40-ı potensial nüvə münaqişəsi zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur, lakin bunlardan istifadə etmək üçün mütləq NATO-nun icazəsi lazımdır.
Birinci dünya müharibəsinin başa çatmasından sonra bir çox Osmanlı hərbçisi milli hərəkatda iştirak etmək məqsədilə Rumelindən Anadoluya doğru hərəkət etdi. İstiqlaliyyət müharibəsi ərzində, 3 may 1920-ci ildə Mustafa Fevzi Çaxmaq Paşa Ankara Hökumətinin Milli müdafiə naziri, İsmət İnönü isə Baş Qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Lakin, 3 avqust 1921-ci il tarixində Eskişehir-Kütahya döyüşündəki uğursuzluqdan sonra İsmət Paşa vəzifəsini tərk etdi və Sakarya döyüşü başlamazdan az əvvəl Mustafa Kamal Paşa ordunun Ali Baş Komandanı vəzifəsinə təyin olundu. Türkiyə 1922-ci ildə İstiqlaliyyət müharibəsində qalib gəldi.
Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır.
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “ xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.

Rafiq Süleymanlı Namiq
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024