Mobil versiya
Gələcəyə yönəlmiş səmərəli əməkdaşlıq
Tarix: 13-10-2025 | Saat: 10:46
Bölmə:Siyasət | çapa göndər

Gələcəyə yönəlmiş səmərəli əməkdaşlıq

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi bu təşkilatda fəal şəkildə təmsil olunur. Bu təmsilçilik, siyasi və mədəni əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsinə şərait yaradır. MDB-yə daxil olan ölkələrdə keçirilən müxtəlif tədbirlər dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir və birlik daxilində koordinasiyaedici rol oynayır.Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu toplantıda iştirak edərək çıxış etdi. Dövlət başçısı çıxışında Tacikistan xalqını və Prezidentini əldə olunmuş nailiyyətlər münasibətilə təbrik etdi, Düşənbənin dinamik inkişafını və şəhərsalma sahəsində görülən işləri yüksək qiymətləndirdi. O, Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin ardıcıl şəkildə inkişaf etdiyini vurğuladı. Prezident həmçinin MDB dövlət başçılarına, Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.Cənab İlham Əliyev qeyd etdi ki, iyun ayında Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılışı Azərbaycanın qədim torpaqlarının mədəni və tarixi irsinin tanıdılması baxımından mühüm hadisə olub. O əlavə etdi ki, işğaldan azad edilən Laçın qısa zamanda yenidən qurularaq müasir və gözəl bir şəhərə çevrilib.Dövlətlər arasında münasibətlərin formalaşmasında idmanın rolu da danılmazdır. Son illərdə bu sahədə əməkdaşlıq yeni məzmun və forma qazanıb. Bu baxımdan, Azərbaycanda keçirilən III MDB Oyunları xüsusilə əhəmiyyətlidir.Cənab Prezident İlham Əliyev iclasda çıxışında vurğuladı ki, “Birliyin həyatında mühüm hadisələrdən biri sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – dahi şair Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Bununla yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərləri də yarışlara ev sahibliyi etdi. Bu oyunlarda 13 ölkədən – MDB üzvləri və qonaq dövlətlərdən – 1600-dən çox idmançı iştirak etdi.”Belə tədbirlər birliyin məkanında dostluq, əməkdaşlıq və qarşılıqlı etimadı gücləndirir. MDB Dövlət Başçıları Şurasının bu iclası da dövlətlərarası münasibətlərin dərinləşməsinə və gələcək əməkdaşlığın daha etibarlı əsaslar üzərində qurulmasına töhfə verir. Tarix göstərir ki, bu kimi görüşlər gələcəyə yönəlmiş səmərəli əməkdaşlığın bünövrəsini möhkəmləndirir.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2025