Azərbaycan -Tacikistan strateji tərəfdaşlığı möhkəmlənir
Tarix: 13-10-2025 | Saat: 11:02
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ilə Müstəqil Dövlətlər Birliyi (MDB) arasındakı münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. MDB çərçivəsində qurulan əlaqələr ölkəmiz üçün regional sabitliyin möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan MDB ilə münasibətlərinə praktik və praqmatik yanaşma sərgiləyir, təşkilata üzv ölkələrlə ikitərəfli əlaqələrin dərinləşdirilməsini əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bakı MDB-ni çoxtərəfli dialoq və iqtisadi inteqrasiyanın təşviqi baxımından vacib regional platforma hesab edir.2025-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tacikistanın paytaxtı Düşənbəyə səfər etdi. Bu səfərin məqsədi, həm regiondakı və beynəlxalq arenadakı mövcud vəziyyət fonunda Azərbaycanın siyasi mövqeyini möhkəmləndirmək, həm də MDB məkanında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq idi. Səfər zamanı aparılan danışıqlar və cənab Prezidentin çıxışları ölkəmizin diplomatik fəaliyyətinin mühüm istiqamətlərini özündə birləşdirirdi. Bu səfər Azərbaycanın regional diplomatiyada artan fəallığını nümayiş etdirdi. MDB çərçivəsində iştirak ölkəmizin bu təşkilatla münasibətlərə yeni baxış gətirmək və əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətini ortaya qoydu. Eyni zamanda səfər Orta Asiya ilə əlaqələrin genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Bu proses təkcə ikitərəfli münasibətləri deyil, həm də Cənubi Qafqaz, Orta Asiya və Xəzər regionu ölkələri arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsini təmin edə bilər.Azərbaycanın həyata keçirdiyi mədəni layihələr, xüsusilə Laçının yenidən qurulması və onun Mədəniyyət Paytaxtı elan olunması təşəbbüsü, ölkəmizin azad edilmiş ərazilərdə bərpa və mədəni irsin qorunması istiqamətindəki fəaliyyətini nümayiş etdirir. Bu addımlar beynəlxalq ictimaiyyətə Azərbaycanın sülhə, dirçəlişə və mədəni dəyərlərin yaşadılmasına verdiyi önəmi göstərir.Orta Asiya ölkələri getdikcə regional əməkdaşlıqda mərkəzi rol oynamağa çalışır. Azərbaycan isə bu prosesin fəal iştirakçısı kimi siyasi, iqtisadi və mədəni sahələrdə təsir imkanlarını artırmağı qarşısına məqsəd qoyub. Bu, həm Qafqazda, həm də Orta Asiyada əməkdaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edir.Cənab Prezident İlham Əliyevin Düşənbə səfəri və həmin səfər çərçivəsindəki çıxışları yalnız diplomatik görüşlər silsiləsi deyil, Azərbaycanın regional siyasətinin, strateji maraqlarının və mədəni diplomatiyasının bariz ifadəsi idi. Bu səfər Azərbaycan–Tacikistan münasibətlərinə yeni dinamika gətirməklə yanaşı, MDB çərçivəsində birgə əməkdaşlığın möhkəmlənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət etdi.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-10-2025