Mobil versiya
Göyçayda ailə facəsi: 3 yaralı
Tarix: 10-07-2016 | Saat: 21:34
Bölmə:Aia TV | çapa göndər

Göyçayda ailə facəsi: 3 yaralı






Göyçay rayonunda bir ailənin 3 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Aia.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Ə.Kərim küçəsində qeydə alınıb. "VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Ə.Kərim küçəsindəki dalan 4, ev 7 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Əliyev Etibar Ehtiram oğlu və bacısı 1986-cı il təvəllüdlü Mustafayeva Lalə Ehtiram qızı və qardaşı qızı 2014-cü il təvəllüdlü Mustafayeva Məryəm Zaur qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onlara ilkin tibbi yardım göstərib, hazırda müalicə olunurlar.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024