Mobil versiya
Ekspert taxıl qıtlığına dair proqnozların uydurma olduğunu zənn edir
Tarix: 06-04-2023 | Saat: 15:25
Bölmə:Özəl / İqtisadiyyat | çapa göndər

Ekspert taxıl qıtlığına dair proqnozların uydurma olduğunu zənn edir

Bu günlərdə dünya mətbuatında Kanadada quraq keçən hava şəraiti səbəbindən dünya bazarlarında buğda qıtlığının yaranması ehtimalı ilə bağlı məlumatlar yayımlanmışdı. O cümlədən Bloomberg agentliyi yerli sənaye assosiasiyasının nümayəndəsinə istinadən yazırdı ki, Kanadada son 45 ildə ilin ən quraq başlanğıcı məhsulun azalmasına səbəb ola bilər və bu, dünya bazarlarında buğda qıtlığı təhlükəsi yarada bilər.
Məsələyə münasibət bildirən Taxıl İxracatçıları İttifaqının idarə heyətinin sədri Eduard Zernin isə deyir ki, bu xəbər hələ ki, qlobal ərzaq təhlükəsizliyi üçün real riskdən daha çox birja möhtəkirləri üçün bir ideya kimi görünür. Ekspertin sözlərinə görə, Kanada müxtəlif əkinçilik zonalarına malik ən böyük kənd təsərrüfatı sölkələrindən biridir. Çətinliklər isə onlardan yalnız birinə aiddir və müasir kənd təsərrüfatı texnologiyaları ilə qismən aradan qaldırılır: “Taxılın bugünkü aşağı dünya qiymətləri fonunda isə, birja möhtəkirlərinin belə bir xəbərdən qısamüddətli qiymət artımına nail olmaq üçün istifadə edəcəkləri daha ağlabatan görünür. Əlbəttə ki, buna aşağı qiymətləri bir qədər qaldırmaqda maraqlı olan fermerlər tərəfindən müqavimət göstərilməyəcək. Odur ki, bu “dram”ın məhsul yığımında fərziyyə və proqnozların artıq real faktlara çevrilənə qədər davam etdiriləcəyini ehtimal etmək olar”, - deyə Zernin qeyd edib.

aia.z



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024