Banka borcu olanların nəzərinə! (VİDEO)
Tarix: 08-07-2016 | Saat: 11:51
Bölmə:İqtisadiyyat | çapa göndər
Banka borcu olan vətəndaşlara artıq şəxslər, yox avtomatik sistemlər zəng edəcək. Bankın və ya kollektor şirkətlərinin işçiləri isə dəstəyi ancaq zəng edilən şəxs açdıqda götürəcəklər. Bu yeni sistemi Azərbaycanda kollektor, yəni borcları toplamaqla məşğul olan şirkətlərdən biri həyata keçirəcək.
Ekspertlər bildirir ki, yeni sistem vətəndaşların hüquqlarını pozmadan fəaliyyət göstərərsə burda qeyri-qanuni heç bir şey yoxdur. Ancaq vətəndaşlar zənglərin gəlmə vaxtına xüsusi diqqət etməlidirlər.
Hüquqşünas Anar Ramazanlı bildirir ki, Azərbaycanda problemli kreditlərin həcminin çox olduğu nəzərə alınarsa kollektor şirkətlərinin sayının və belə xidmətlərinin getdikcə artacağı gözlənilir. Ekspert qonşu Rusiyada kollektor şirkətlərinin borcları toplamaq üçün maraqlı üsullardan istifadə etdiyinə diqqət çəkir.
Avropada fəaliyyət göstərən kollektor şirkətlərinin də borcları toplamaq üçün özlərinə məxsus üsualları var. Məsələn İspaniyada məşhur kollektor şirkətlərindən birinin işçiləri borcları keşiş paltarında toplayırlar. Mütəxəssislər bildirir ki, bu kimi üsullarından bəziləri yerli şərait nəzərə alınaraq yaxın zamanda Azərbaycanda da həyata keçirilməsi mümkündür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024