Mobil versiya
Laçın şəhəri çox yüksək səviyyədə və uğurla bərpa olunacaq
Tarix: 30-03-2023 | Saat: 09:54
Bölmə:Ölkə / Özəl | çapa göndər

Laçın şəhəri çox yüksək səviyyədə və uğurla bərpa olunacaq

30 illik həsrətdən sonra işğaldan azad olunan rayonlarımızdan biri də Laçın rayonudur. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli Ordumuzun Qələbəsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdi. Laçın rayonun işğaldan azad olunması da olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Qarabağın dağlıq hissəsi ilə birləşdirən dəhliz rolunu oynayır. Eyni zamanda, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisinin diqqətdə saxlanıldığını diqqətə çatdıran deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.
Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Ümumilikdə Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Aparılan surətli quruculuq işləri tamamlandıqca Laçınlıların Laçına qaydışı günü yaxınlaşır. Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Rayonun imkanlarından yararlansaq, Azərbaycanın kənd təsərrüfatı və digər iqtisadi potensialı xeyli arta bilər. Qısası, nə gözəl ki, artıq bu ildən başlayaraq 18 mayı hüznlə qarşılamadıq. Zaman gələcək ki, laçınlılar doğma torpaqlarına köçərək yenidən dədə-baba yurdlarında ikiqat sevinc hissi yaşayacaqlar. Bütün qarabağlılar, laçınlılar cənab Prezidentin də qeyd etdiyi kimi, öz yurdlarına birdəfəlik qayıdacaqlar və bundan sonra heç bir güc bizi yenə Vətən həsrəti çəkməyə vadar edə bilməyəcək.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025