ADAU-da “Heydər Əliyev İli” çərçivəsində respublika elmi-praktik konfransı keçirilib -Fotolar
Tarix: 29-03-2023 | Saat: 17:47
Bölmə:Özəl / Təhsil | çapa göndər
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
aia.az xəbər verir ki, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, Elmi-Tədqiqat İnstitutunun direktorları, alimlər, müəllim və tələbə kollektivi iştirak ediblər.
Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin ADAU-da yerləşən büstü önünə tər çiçəklər düzüblər.
Tədbir Ümummilli liderin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Konfransı açıq elan edən universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyllərinin aradan qaldırılıb, səmərəli islahatların əsasının qoyulduğunu deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir.
Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov çıxışında 1969-1982-ci illərdə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandığını və Ümummilli liderin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə qısa zaman kəsiyində iqtisadi tərəqqinin əldə edildiyini diqqətə çatdırıb. Şəhər rəhbəri bildirib ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir.
Sonra konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarxa tamaşa ediblər.
Konfransda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlınun “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovun “İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası”, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxs İdarə Heyətinin sədri Elmar Allahverdiyevin “Seleksiyası, fiziologiyası və toxumçuluğu” və ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışları dinlənilib.
Konfrans işini panel müzakirələrlə davam etdirib.
Azər Tağızadə
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ