Aqiyə Naxçıvanlı: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qısa zamanda ölkədə siyasi sistemin sağlamlaşdırılmasına səbəb oldu”
Tarix: 28-03-2023 | Saat: 09:41
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Artıq necə müddətdir ki, təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də beynəlxalq ictimaiyyət 2018-ci il prezident seçkilərindən dərhal sonra ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinə başlanmış həm iqtisadi, həm də siyasi islahatları diqqətlə izləyir və onların müsbət nəticələrini aydın şəkildə görür. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən bu islahatların yaratdığı zəmin əsasında əldə etdiyimiz ən böyük uğurumuz torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsində qazanılan tarixi Qələbəmiz oldu. Belə ki, Azərbaycanın tarixi Zəfərinin əsasında duran əsas amillərdən biri məhz bu islahatlardan doğan milli birlik və həmrəylik mühitidir. Qələbəmizin məntiqi nəticəsi olaraq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə qarşıda daha böyük inkişaf perspektivləri açıldı. Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən partiyanın VII qurultayında təqdim olunmuş əsas prioritetlərdən biri də məhz bu perspektivləri maksimal səviyyədə realizə edə bilmək üçün ölkədə aparılan siyasi islahatların daha da dərinləşdirilməsinin zəruriliyini nəzərdə tutur. Dövlətimizin başçısı həmin qurultayda etdiyi tarixi çıxışında demişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, dövlət səviyyəsində həyata keçirilməli olan islahatlar hər bir ölkənin həyatında zaman-zaman bir tarixi zərurət kimi ortaya çıxır. Bu hal konkret ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə, müəyyən regional proseslərlə və yaxud da qlobal hadisələrlə bağlı ola bilər. Əsas məsələ bundadır ki, yaranmış bu tarixi vəziyyətdə həmin ölkənin rəhbərliyində duran şəxs müdriklik və qətiyyət nümayiş etdirərək məhz milli maraqlara cavab verəcək islahatlar paketini hazırlamaq və onu maksimal effektivliklə həyata keçirmək iqtidarında olsun.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Ölkəmizdə həyata keçirilən siyasi islahatların zəruriliyi və effektivliyi barədə öz fikirlərini paylaşan deputat bildirib ki, otuz ilə yaxın müddət ərzində davam edən erməni işğalı da ölkəmizdə həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatları şərtləndirən amillərdən biri olmuşdur: “Azərbaycan uzun illər ərzində dünyanın bir çox güclərindən dəstək alan Ermənistanı öz torpaqlarından qovub çıxarmaq və öz ərazi bütövlüyünü bərpa edə bilmək üçün məhz bugünkü gücünə, iqtisadi və hərbi qüdrətinə, yüksək beynəlxalq nüfuza sahib olmalı idi. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən 2020-ci ilə qədər keçən bütün dövr də əslində məhz elə bu ali məqsədin həyata keçirilməsinə, torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmiş möhtəşəm hazırlıq dövrü olub. Bütün bu illər ərzində gedən proseslər torpaqlarımızın sülh yolu ilə azad edilməsinin mümkün olmayacağını deməyə getdikcə daha çox əsas verirdi. Azərbaycan Prezidenti bunu hər kəsdən yaxşı görürdü və buna görə də Azərbaycanın müharibəyə, daha doğrusu öz torpaqlarını hərbi yolla azad etməyə hazırlaşdığını açıq-aşkar bəyan edirdi. Nəhayət, bütün hazırlıq işləri başa çatdıqdan sonra istənilən bir ölkənin uğurlu hərbi əməliyyatlar apara bilməsi üçün tələb olunan daha bir zəruri şərt təmin olunmalı idi. Bu da ölkədə milli birlik və həmrəylik mühitinin formalaşması və möhkəmləndirilməsidir. Məhz bu səbəbdən də Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda əsaslı şəkildə ciddi siyasi islahatlara start verdi. Ölkədə bütün sağlam siyasi qüvvələrlə dialoq quruldu və əməkdaşlığa başlandı. Bu gün artıq əminliklə demək olar ki, ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi uğurla başa çatıb. Məhz bu mərhələdə ölkədə ilk növbədə “siyasi dialoq” məfhumu ictimai-siyasi gündəmə gətirildi və aktuallaşdırıldı. Həmçinin ötən müddət respublikamızda siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi həyata keçirildi. Siyasi münasibətlərdə köhnə stereotiplər dəyişdirildi, müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması və siyasi sistemin sağlamlaşdırılması dövrü təmin edildi. İlkin mərhələnin ən önəmli göstəricilərindən biri də siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd edilməsi üçün əlverişli mühitin yaranması oldu. Belə ki, siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran qüvvələr öz radikal və xain mövqelərini birmənalı nümayiş etdirmiş olurlar. Radikal müxalifətin emosional və əsassız ritorikasının təyinatı isə ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi isə əldə olunmuş uğurlara “kölgə salmaq”dan başqa heç bir məqsədə yönəlməyib.”
Daha sonra Aqiyə Naxçıvanlı son illər Azərbaycanda ictimai həyatın bütün sahələrini əhatə edən sistemli, irimiqyaslı islahatların ardıcıl olaraq həyata keçirilməsi fonunda qanunverici orqan olaraq Milli Məclisin də özünün fəaliyyət müstəvisində bu proseslərdə yaxından iştirak etdiyini qeyd edib: “Məlumdur ki, ötən ilin sonlarında parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etmişdilər. Qeyd edək ki, bu zərurətdən doğan bir təklif idi. Buna görə də parlament yeni qanun layihəsinin hazırlanmasına başlanması məqsədilə müvafiq addımlar atdı. Yeni qanun layihəsinin hazırlanması prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənildi, ölkənin siyasi sisteminin xüsusiyyətləri və milli özünəməxsusluğu, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alındı. Xüsusilə qeyd edək ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Məsələ ilə bağlı Milli Məcclisə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu ki, onların da böyük əksəriyyəti nəzərə alınmışdı. Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə geniş şəkildə öz əksini tapıb. Bütün bunlarda əsas məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsindən ibarət idi ki, buna da nail olunub. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri də siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyin təzahürdür”, - deyə deputat fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024