Mobil versiya
Qərar verildi: Bütün dünyada oruc bir gün artıq tutulacaq
Tarix: 05-07-2016 | Saat: 13:05
Bölmə:Seçilənlər-2 | çapa göndər



Bu il Ramazan Bayramının ilk günü üçün dünyanın fərqli ölkələrində 2 ayrı tarix təyin olunub.

Türkiyə və Mavritaniyanın da içində olduğu bəzi İslam ölkələrində Ramazan Bayramının başlanğıc tarixi olaraq 5 iyul qəbul edilib. Bu gecə ay görünmədiyi üçün Səudiyyə Ərəbistanı, İraq və İordaniya, Misir, Livan, Qətər, Fələstin, Sudan, Küveyt, Suriya, Yəmən və Konqoda Ramazan Bayramı 6 iyul günü başlayacaq.

Səudiyyə Ərəbistanı tərəfindən açıqlanan bəyanatda deyilir: "Ramazanın 29-cu günü ay görünmədiyi üçün oruc bir gün daha artırıldı. Peyğəmbər əfəndimizin, "Hilalı görmədiyiniz zaman ramazanı 30 günə tamamlayın" hədisinə uyğun olaraq Ramazan ayının 30-cu günü oruc tutulacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024