Mobil versiya
“ Cefri Verbakla bir gecə” adlı konsertin təşkili
Tarix: 25-03-2023 | Saat: 23:24
Bölmə:Şou-biznes / Özəl | çapa göndər

“ Cefri Verbakla bir gecə” adlı  konsertin  təşkili

XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb.

aia.az xəbər verir ki, muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbakdur. Cefri Verbak Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır. Cefri Verbak eyni zamanda “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin “ Fəxri Səfiri” dir. İctimai Birlik Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğatı ilə bağlı Cefri Verbakla birgə əməkdaşlıq çərçivəsində növbəti layihəsini həyata keçirməyə hazırlaşır.

Belə ki, 30 mart 2023-cü il tarixində , saat 19:00 –da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “ Cefri Verbakla bir gecə” adlı konsert proqramı təşkil olunacaqdır. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbir Cefri Verbakın həyat və yaradıcılığına həsr olunmuşdur.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024