Mobil versiya
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Gəncədə -Fotolar
Tarix: 24-03-2023 | Saat: 14:23
Bölmə:Özəl | çapa göndər

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Gəncədə

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Novruz günlərində Gəncə şəhərinə səfər edib. Kollektiv Gəncə Dövlət Dram Teatrının səhnəsində Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində nümayiş olunub.

aia.az xəbər verir ki, nümayişdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Gəncə Regional Rus İcmasının üzvləri və şəhər sakinləri iştirak ediblər.
Tamaşada rolları Azərbaycan Respublikasının xalq artisti Fuad Osmanov, Azərbaycan Respublikasının əməkdar artistləri Maqsud Məmmədov, Naina İbrahimova və Bella Safina, aktyorlar Murad Məmmədov, Teymur Rəhimov, Olqa Arsentieva, Həcər Ağayeva, Yeganə Hüseyinli, Mariya Dubovitskaya, Fəridə Nesterenko, Milana Sokolenko, İbrahim Çingiz və başqaları ifa ediblər.
2 saat 30 dəqiqə davam edən ikipərdəli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında səhnələşdirilən tamaşanın premyerası 7 dekabr 2012-ci ildə olub. Tamaşanın quruluşcu rejissoru Yonas Vaytkus, quruluşçu rəssamı Arturas Şimonis, bəstəkarı Algirdas Martinaytis, xoreoqrafı Tahir Eynullayevdir. Tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə dövlət sifarişi əsasında hazırlanıb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024