Mobil versiya
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır.
Tarix: 17-03-2023 | Saat: 17:30
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır.

Bu gün dünyada geosiyasi dəyişikliklər yaradan hadisələri izləyirik.Geridə qoyduğumuz pandemiya, davam edən Ukrayna –Rusiya müharibəsi müasir dövrün siyasi və iqtisadi nizamını yenidən formalaşdırır.Belə bir vəziyyətdə Azərbaycan mövcüd reallığa uyğun olaraq beynəlxalq və dövlətlərarası münasibətlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasət kursu həyata keçirir.Xüsusilə Vətən Müharibəsindəki qələbəmiz, artan siyasi-iqtisadi gücümüz, ölkəmizin mövqeyini beynəlxalq birlikdə daha da gücləndirib.Təkcə bu il və ötən il ərzində keçirilən müxtəlif formatlı görüşlər, danışıqlar korfranslar, forumlar və səfərlər dediklərimi təsdiqləyir.
13-14 mart 2023-cü ildə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, keçirdiyi görüşlər, çıxışları, aparılan danışıqlar Azərbaycanın Avropa üçün vacibliyini yenidən sübut etdi.Berlində çıxışı zamanı Azərbaycanın iqtisadi inkişafı, enerji sektorundakı, nəqliyyat sahəsindəki əməkdaşlıq və tərəfdaşlıq vəziyyətini, siyasətini və prespektivlətini geniş şəkildə diqqətə çatdırdı.Həm də Prezident İlham Əliyev Vətən Müharibəsi ilə ərazilərimizin azad olunması, ermənilərin mina terroru, Böyük qayıdış və Qarabağdakı geniş bərpa quruculuq işləri haqqında fikirlərini dünya ictimaiyyətinə bəyan etdi.
İlk olaraq Azərbaycan Avropanın enerjiyə olan tələbatını təmin edir.Avropada təbii qaza olan ehtiyacı qarşılamaqla, onun enerji təhlükəsizliyinə töhfə verir. Prezident İlham Əliyev “ TANAP-ı 32 milyard kubmetrədək, TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq” söyləməsi enerji sahəsindəki gələcəkdə artan əməkdaşlıqdan xəbər verir.10-dan çox Avropa ölkəsinə qaz təchizatını artırılmasını bura aid etmək olar. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanistan və İtaliyaya çatdırılır.Ruminiyaya qaz təchizatının başlanması, Macarıstanla belə bir fikrin olması, Albaniyadan, Çex Respublikasından, Monteneqrodan, Bosniya və Hersoqovinadan, Xorvatiyadan sifarişlərin olmasını nümunə gətirmək olar.
Azərbaycanın Avropa ilə tərəfdaşlığında yaşıl enerji, bərpa olunan enerji mənbələri imkanlarını da xüsusi qeyd etmək olar.Berlin çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın külək və günəş enerjisi potensialının 200 qiqovata yaxın olmasını söyləməsi Azərbaycan – Avropa arasındakı bu əməkdaşlığı da önə çəkir.Yaşıl enerji zonası kimi Qarabağ və Şərqi Zəngəzur, Naxçıvanın böyük ixrac potensialı var.
Ortada keçən ilin dekabrında Buxarestdə imzalanmış, Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstan arasındakı saziş var.
BP-nin Cəbrayılda günəş enerjisi stansiyası tikilməsində sərmayədar olması, “Masdar” ilə “ ACWA POWER” ilə icra edilən işləri də nümunə olaraq göstərmək olar.
Ümumiyyətlə Avropa İttifaqının Azərbaycanla ötən il imzaladığı enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşması ölkəmizi Avropa enerji təhlükəsizliyi üçün ən etibarlı tərəfdaşa çevirib.
Bura Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsla görüşü zamanı Azərbaycanın Avropaya ixrac etdiyi qazın miqdarı bizim gələcəyimiz üçün vacibdir deməsini də əlavə edək.

İlyas Əfəndiyev adına
Elitar gimnaziya tarix müəllimi: Məmmədov Elsevər



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024