Mobil versiya
Novruz bayramında neçə gün dərs olmayacaq?
Tarix: 15-03-2023 | Saat: 11:06
Bölmə:Təhsil / Manşet | çapa göndər

Novruz bayramında neçə gün dərs olmayacaq?

Təhsil müəssisələrində Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb.

Bu barədə aia.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart; altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024